Müğənni Sevda Sanaliyevanı təqib edən şəxsin kimliyi müəyyən edilib.
MÜSTƏQİL AZ xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, vətəndaş Sevda Sanaliyevanın bir nəfər tərəfindən təqib edilməsi ilə bağlı müraciəti araşdırılır:
“Həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib. Araşdırmanın nəticəsinə əsasən, qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq”.
MÜSTƏQİL AZ