YA GÖRÜNDÜYÜN KİMİ OL, YA OLDUĞUN KİMİ GÖRÜN!
Türk- İslam aləmində təsəvvüfün ən öndə gələn isimlərindən birisi Mövlana Cəlaləddin (Məhəmməd ibn Bəhaəddin Məhəmməd əl Bəlxi )dir. Əsl adı Muhamməd Cəlâləddin olmasına baxmayaraq ona “Mövlana “ deyilirdi . “ Mövlana”ərəbcədən alınma sözdür və anlamı “əfəndimiz”, “sahibimiz” deməkdir. Ona bu adısevənləri duyduqları dərinsevginədən və sayqıdan dolayı vermişlərdir.
Məlum qaynaqlara görə Mövlana Hicri. 604/Miladi. 1207-ci ildə 30 eylüldə- sentyabr əski Türk mədəniyyətinin və kültürünün mərkəzlərindən biri olan və bu gün Əfqənistan aid olan Bəlx şəhərində dünyaya gəlmişdir. Günümüzdə hələ də Əfqanistanda minlərcə ildir Türklər varlığını sürdürməkdədir.
(1) Bəzi araşdırmacılar elə hesab edir ki, daha ərkən tarixdə doğmuşdur. Türk soyundan olduğuda bilinən bir gərçəkdir.Sizə daha dəqiq deyə bilərik ki, Xarəzm Türklərindəndir.
(2).Həyat yolunu, yaşamını üç kəlmə ilə “ xamdım,bişdim,yandım” sözləri ilə özətləyən,ifadə edən Mövlana Cəlaləddin 17 aralık- dekabr, 1273-cü ildə bazar günü Haqqın rəhmətinə qovuşmuşdur.
(3) Mövlana ümumilikdə Türk ədəbiyyatı və Şərq ədəbiyyatı tarixində üç dildə (Türk, Fars, Ərəb) şеir yazmağı bacaran ən məşhur Türkdilli şair və düşünürlərindəndir.(4).Onun əsərlərinə diqqət yetirdiyimizdə , ərəb, fars(Attar ve Təbrizli Şəms) vəTürk kültüründən(Orta Asya Türk topluluqlarının Gök-Tanrı inancı) təsirləndiyini söyləyə bilərik.(Ablay,1988:147) (5).
Öncədən də qeyd etdiyimiz kimi Mövlana Cəlaləddin Türk- İslam aləminin ən görkəmli düşünürlərindəndir və xüsusi ilə Anadolu Türk insanı ona böyük sevgi, sayqı bəsləmiş və düşüncələrini mə nimsəmişdir. Aradan təxminən 700 ildən çox bir zaman keçməsinə rağmən onun düşüncələri hələ də, Türk xalqının ilgi və sevgisini cəlb etməyə davam etmekdədir. (6).Mövlana’nın sevgi ve eşq fəlsəfəsi, yaşadığı gündən bu günə, yalnız Türk millətinin deyil, çeşitli- müxtəlif din və kültürdən olan bütün dünya insanlarının diqqətİini cəlb edir və marağına səbəb olur. Əslən Azərbaycan Türkü olan araşdırmacı- yazar görkəmli Türkoloq, İrene Melikoff bu haqda demişdir: “Mövlana’nın əsərlərini dünya millətləri öz dillərinə çevirip oxusalar, dünyada kötülük- pislik, hərb, kin, nifrət deyə bir şey qalmaz” (Yeniterzi, 1997:109). (7).
Soydaşımız olan Türkoloqun sözləri həqiqətən doğrudur. Mən də şəxsən düşünürəmki , MÖVLANANIN fəlsəfəsi və dünya görüşü ,müasir dünyamızdakı var olan və tədavisi bilinməyən mənəvi xəstəlikləri müalicə edə biləcək təsirə malikdir.
Məlumdur ki, Muhamməd Celâleddin Rumi dünya görüşü, fəlsəfəsi və düşüncə tərzi ilə illərdir insanların ruhuna xitab edir və mənəviyyatını doyurur. Əslində xoşgörünün və sevginin təmsilcisi olan Mövlananın dünya görüşü və fəlsəfəsinə dair başqa bir xüsusi araşdırma məqaləmiz olacaqdır.Bu məqaləmizin mövzusu bir az fərqlidir. Hər birimiz əsərlərinə ,düşüncəsinə önəm verdiyimiz və günümüzdən yüzillər öncə yaşamış şairlərin,ədiblərin əsərlərini oxuyunca onların təsvir edildiyi rəsmlərgözümüzdə canlanır. Məsələn Nizami Gəncəvi , Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, İmaddədin Nəsimi,Yunus Emrə deyincə həmən gözümüzdə onlara aid olduğu rəvayət edilən dərgilərdə,kitablarda, dərsliklərdə hətta internet aləmində yayılmış olan təmsili fotolara canlanır.Mövlana Cəlaləddin deyincə də ağlımıza gözümüzün aşina olduğu o məşhur və onu əks etdirdiyi deyilən təsvir gəlir.Bu həqiqətən mi Mövlananın təsviridir?Məhz bu yazımızında mövzusu əsasən budur.
(Yaqin olan rəsm)
Sizə doğrusunu söyləyəcəyəm, mən Mövlana Cəlaləddinin dünya görüşünü , düşüncə tərzini sevən və önəmsəyən , əsərlərini oxumağa və anlamağa çalışan birisiyəm. Ama heç bir zaman bu məlum təsvirin ona aid olduğunu qəbul etmirəm. Çünki əsərlərində təvəzökarlığı,nəfsin tərbiyəsini və açgöz olmamağı tövsiyyə edən birisinin kök, kilolu və yuxlu bir şəkildə təsviri heç də inandırıcı olmaz. Daha doğrusu yayqın və məlum rəsmin onu əks etdirmədiyi fikrini düşünməyimin ilk səbəbi onun vəsiətnaməsini oxumağım oldu.Vəsiətnaməsində Mövlana Cəlalləddin buyurur :”Sizə, gizli və açıqda Allahdan (c.c) qorxmağı, az yeməyi, az yatmağı, az danışmağı, günahlardan çəkinməyi, oruç tutmağı və namaz qılmağı davam etməyi, daima şəhvətdən qaçınmanızı , bütün yaratıqlardan gələn cəfaya təhamüllü olmağı, avam ve cahillərlə oturmamağı , kərəm sahibi olan salih kimsələrlə bərabər olmağınızı vəsiyyət edirəm. İnsanların xeyirlisi, insanlara faydası olandır. Sözün xeyirlisi də az və öz olanıdır. Həmd yalnız tək olan Allah’a məxsusdur. Tövhid əhlinə salam olsun.” (8)
Sonradan düşüncəmin doğru olduğunu anladım. Belə ki,Mövlananın 22-inci quşaq (kuşak) nəvəsi ve “Çelebi” məqamının son təmsilçisi Faruk Hemdem Çelebi Mövlânâ deyincə ağla gələn rəsmin gərçəkliklə əlaqəsinin olmadığı fikrini təsdiq etdi. Bu haqda Faruk Hemdem Çelebinin çox önemli fikirləri var.
Mövlana’ya ətfedilən, öncədəndə qeyd etdiyimiz məlum təsvir ,Mövlânânı oturmuş şəkilde göstərən rəsim, Çələbi ailəsi və Mövlânâ araşdırmacıları tərəfindən qəbul edilmir. Nəvəsi Faruk Hemdem Çelebi, felsefesində her zaman nəfsin tərbiyə edilməsini, hər şeyin bir qanun-qayda (disiplin) çərcivəsində olmasını məsləhət bilən Mövlânânın belə kilolu –kök bir şəxs (zat) olamayacağını iddia edir. Mövlânâya aid olduğu düşünülən və yayqın olaraq istifadə edilən məlum rəsmin İran’da, 1960-cı illərdə bir yarışmada birincilik qazandığı bilinir. Sonradan Cəlaləddinin oturmuş bir şəkildə və çox kök bir halda təsvir edildiyi bu rəsim, Konya Mövlânâ Müzeyine hədiyyə edilincə müxtəlif tədbirlərdə dəistifadə edilməyə başlandı.
( İranda yarışmada birinci olan məlum rəsim)
Selçuk Üniversitetinin Mövlânâ Araştırmaları İnistutunun müdürü Doç. Dr. Ali Temizel, Türkiyədəvə dünyada yaygın şəkildə istifadə edilən rəsmin İran’da bir rəssam tərəfindən çəkildiyi fikrini doğruladı və : “İranlı (fars) gözü ile rəsm edilmişdir. Həyata keçirilən araşdırmalar və qaynaqlar Mövlânâ’nın Doğu-Şərq Türklərindən olduğunu gösterir. Bu səbəblə də daha kök-kilolu deyil arıq (zayıf)olduğunu, gözlərinin o rəsimdəki kimi yuvarlaq deyil də, daha çəkik olduğunu düşünürük. Əldə başqa rəsim olmadığı üçün bu rəsim qəbul görmüşdür. Əslındə bir rəsimdən ziyadə onu təmsil eden bir simgəyə dönüşmüşdür” dedİ.
Hal bu olunca belə bir sual meydana çıxır “Mövlânânın sağlığında rəsmi çəkilmişdir mi?” . Bu sual hələ də bəlirsizliyini –bilinməzliyini qoruyarkən, Əflaki Əhməd Dədəyə aid “Menakıb’ül Arifin” adlı farsça əsərdə Mövlânâ, ortanın biraz üstündə boyu olan, çok arıq -zayıf, həfif çəkik gözlü və soluq bənizli biri olaraq təsvir edilirdi. Ayrıca Onun Mövlânâ Müzeyində sərgilənən hırkasına (üst geyimi) diqqət yetirdiyimizdə,boyunun 1.80 civarında olacağı təxmin edilir. Hz. Mövlânâ’nın daha sonrakı yüzillərdə də müxtəlif rəsim və minyatürləri düzəldilmiş olsa da heç biri bir diyərinə bənzəmir.
Amma Mövlananın ailəsi tərəfindən qəbul edilən bir rəsim vardır.Faruk Çelebi (nəvəsi)özünün dünyaya gəlməsindən illər öncə, 1942 –ci ildə görülən bir yuxu üzərinə çəkilən və ona çox bənzəyən Mövlânâ rəsminin ailə tərəfindən daha çox qəbul gördüyünü qeyd etdi. Çelebi, resmin hekâyəsini belə anlatdı: “Hər il Şeb-i Arus törənlərində (Mövlananın vəfatini il dönümündə) qarşılaşdığım Fahir Erkey adında bir psixoloq vardı. Atam 1996-cı ildə vəfat etdikdən sonra məni təkidlə evinə dəvət etdi. Evinə getdiyimdə duvardakı rəsimlə məni qarşılaşdırıb, “SubhanAllah… Nə qədər böyük bir bənzərlik” dedi. Rəsmin 1942 -ci ildə çəkildiyini bildirdi, təsəvvüfə aid bir dərnəklərinin olduğunu, bu dərnəyin üzvü 2 nəfərin eyni gecədə Hz. Mövlânânı yuxuda gördüyünü anlatdı. Bu şəxslər bir rəssama yuxularında gördükləri Mövlânânı üz cizgilərindən bəhs etmişlər. İkisinin də ayrı ayrı söylədikləri təsvirə əsasən çəkilən bu resim ortaya çıxmışdır.1942-ci ildən yəni mən dünyaya gəlməmişdən illər önce çizilmiş bir rəsimdir. Men də baxdığımda özümə bənzədirəm.” Dəyərli oxuyucular, Faruk Çələbinin bəhs etdiyi Mövlana rəsmini sizlərlə paylaşıram .
1942-ci ildə rəsm edilmişdir.
Bundan əlavə dünyada tanınmış şəxslərin balmumu heykəllərini sərgiləməsi ilə bilinən ünlü Madame Tussauds Müzesyinin 21-inci mərkəzi İstanbulda açmışdır. Bu muzeyin yetkililləri Mövlananın 22. quşaqdan nəvələri Esin Çelebi Bayru ve Faruk Hemdem Çelebi ilə əlaqə saxlamışlar. Onlardan əldə etdikləri bilgilər və akademik qaynaqların işığında onlar da Mövlânın simvolu olmuş o məlum rəsmin gerçəyi yansıtmadığı qərarına gəlmişlərdir. Beləliklə Madame Tussauds müzeyinin İstanbul Genel Müdürü Sarper Hilmi Suner, Mövlananın balmumu heykəlini sərgiləmək istədiklərini ailəyə bildirmişlər.Konyanı ziyaret edərək dönəmin şərtlərini vəatmosferi ilə əlaqədər məlumat edinən müzeyin yetkililəri ailenin də onayı ilə nəvəsi Faruk Hemdem Çelebi’nin model olmasına qərar verdilər.
(Faruk Hemdem Çelebi.)
Ailə ilə ortaq qərar əsasən “niyaz anındakı Mövlana “pozun heykələ dönüşdürülməsi üçün Çelebi’dən 3 saatı aşan bir seansda, 250 dən fazla bədən ölçüsü alındı, 180 dən çox foto çəkildi, 3boyutlu vücud taraması-incələnməsi gərçəkləşdirildi. Heykəltaraşlar, önce gilden bir büst hazırladı.
Sonrasında da çalışmanın qəlibi çıxardılaraq içinə balmumu töküldü və 12 həftə sürən rəngləndirmə, saç, göz, saqqal detayları üzərində çalışıldı. Her aşamada ailədən onay alındı. Araşdırma daxil bu çalışma 6 ay sürdü.Beləliklə “Niyaz halında Mövlana “ heykəli ərsəyə çıxdı,oluşduruldu.(9)
MövlanəCəlaləddin-iRumi’ninbalmumuheykəli
YAZAR: AYNUR TALIBLI .Tarix və mədəniyyət araşdırmacısı İSTANBUL .2018
İstifadə edilən mənbələr:
- MEVLANA VE FELSEFESİ Prof. Dr. İbrahim AgahÇUBUKÇU ,
“MevlanaCelaleddin Rumi şiirleri.” Yayıntarihi :9.4.2004. Yayınlayan: Antoloji.Com KültürVe Sanat.
2.”MƏNƏVİYYAT MƏSNƏVİLƏRİ 1.” Kitabı. Dini fəlsəfəAzerbaycan ,çapili :2007.
3.“MevlanaCelaleddin Rumi şiirleri.” Yayıntarihi :9.4.2004. Yayınlayan: Antoloji.Com KültürVeSanat.
- “2. Kaynaklaaynıdır.”
- Ablay, M. Necati. “Mevlanave Goethe PanteizminİkiBüyükTemsilcisi”, I. MilletlerarasıMevlanaKongresiTebliğleri, Konya, SelçukÜniversitesiYayınları, 1988,147
- “MEVLANA’NIN AŞK VE İNSAN FELSEFESİ “ Doç. Dr. İbrahim Arslanoğlu G.Ü. GaziEğitimFakültesiÖğretimÜyesi.
- Yeniterzi, Emine. MevlanaCelalettin Rumi, Ankara, TürkiyeDiyanetVakfıYayınları, 1997.
- Mevlana”nınVasiyeti ( Eflaki, cilt.II,sayfa .8.)
“Mevlana’nın ‘vasiyeti’ insanlığayolgösteriyor” isimlimakale, AnadoluAjansı.15.12.2017. Konya
- “Mevlana’nıntorunu: AkıllardakiMevlanaresmigerçekdeğil”Serkan AKKOÇ/GAZETE HABERTÜRK. YAYIN TARİHİ: 22.06.2016 – 07:07 .