Bayramov Seymur Sədiyar oğlu 1973-cü ilin aprel ayınn 5-də də Mingəçevir şəhərində anadan olub. 1988- 1993-cü illərdə Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbində “Gəmi Sürücüsü” ixtisasını üzrə təhsil alıb. 1993-cü ildə məktəbi bitirdikdən sonra elə həmin ildən də “Xəzər Dəniz Gəmiçiliyi”nin müxtəlif gəmilərində işləyərək, matros vəzifəsindən kapitan vəzifəsinədək yüksəlib.
2002-2006-cı illərdə Bakı Dövlət Dəniz Akademiyasında təhsil alıb.
Hal-hazırda “Azərbaucan Xəzər Dəniz Gəmiçiliyi” QSC dəniz Nəqliyyatı Donanmasının “Professor Əziz Əliyev” gəmisində kapitan vəzifəsində çalışır.
Onunla Müstəqil.Az və DSD İB – nin hazırladığı müsahibəni “Dənizçi həyatı” layihəsində təqdim edirik.
– Seymur kapitan, təbbidir ki, insanların hansısa sahəyə bağlanmasında müəyyən hadisələr olur. Sizin dənizə könül vermənizə, bu sahəyə olan marağınıza səbəb nə oldu?
-Hələ erkən yaşlarımdan, orta məktəb illərindən mən də dənizə maraq yaranmışdı. O dövr yaşıdlarımdan, sinif yoldaşlarımdan fərqli olaraq dənizlə bağlı maraqlı məlumatlar oxuyurdum və o elə illərdən də məndə bu sahəyə həvəs yarandı.
-Demək dənizlə dostluğunuz da elə ilk təmasdan yaranıəb, deyə bilərik. Bəs sonradan bu sahəni seçdiyinizə görə bir peşimançılıq, yaxud təəssüf hissi olmadı ki, sizdə?
-Doğru buyurursuz,, dənizlə dostluğumuz ilk andan alındı və bu sahəni, seçməyimə, seçməyimə heç peşiman deyiləm, heç vaxt nə bir peşmançılıq nə də təəssüf hissi keçirməmişəm. Artıq bu sahədə 30 ildir çalışıram.
-Sizinlə “Dənizçi həyatı” layihəsində həmsöhbət oluruq, Dənizçi həyatı dedikdə sizin üçün nə başa düşülür? Siz bu həyatı necə xarakterizə edərdiz?
-Sözssüz, dənizçi həyatı çox çətin bir həyat olmaqla yanaşı, həm də çox ciddi və məsuliyyət tələb edən bir peşədir. Bunun da öhdəsindən gələ bilmək üçün gərək işini sevərək görəsən. Bu həyatıən spesifik xüsusiyyətləri var; insandan dözüm, səbr, çevik ağıl, düşüncə, qərar verməyi tələb edir və bu xüsusiyyətlərə malik olmalısan ki, dənizçi həyatında hər şey qaydasında ola.
-Dənizlə dil tapmanızdan, yola getmənizdən, dostluğunuzdan bəhs edirsiz. Bütün bunlar sizin bu sahədə təsadüfü olmamanızdan xəbər verir. Deyin, bu illər ərzində dəniz sizə nələri verdi, yaxud nələri aldı?
-Dənizin məndən aldığı haqda danışsam, bu ailə və doğmalarla müəyyən müddətdə uzaq olmaq, çəkdiyimiz həsrət və suların arasında ötürdüyümüz zaman ola bilər. Dənizdən mənim də aldıqlarım heç az olmayıb. Qısaca səbr və dözümlülü olmaqdır, desəm kifayət edər.
– Məlumdur ki, dənizçilərin həyatında macəra dolu günlarə heç də az olmur. Bəs sizin yaddaşınızda qalan ən maraqlı hadisələr hansıdır?
– Düzdür, dənizdə maraqlı yadda qalan anlar çox olur, danışmaqla bitməz. Mənim üçün ən maraqlı gün isə “Şuşa” tankerinin Rusiyanın Nijni Novqorod şəhərindən Bakıya gətirməyimdir.
– Uzun illərdir dənizdəsiz, biliklərinizi, qazandığınız təcrübənizi gənc dənizçi nəsli ilə də sözssüz paylaşırsız. Gənclərlə işləmək maraqlıdırmı?
-Əlbəttə maraqlıdır. 30 illik dənizlə bağlı həyatımda əldə etdiyim bilik və təcrübələri gəmiyə gələn yeni heyət və təcrübəçilərlə paylaşmaqdan məmnun oluram və bundan doğrudan da zövq alıram.
– Gənc dənizçi nəslinin sizin dövrün gəncləri ilə müqayisədə hansı fərqləri müşahidə etmək olar?
-Bizim dövrümüzdə daha çox bilik və təcrübəyə əsaslanırdıq. Yeni nəsil isə daha çox müasir texnologiyalardan istifadə edirlər.
– Məlumdur ki, ölkədən kənarda çox olmusuz, Dənizçiyə olan diqqət, onlara münasibət hansı ölkdə daha çox müşahidə olunur?
-Bu marağı qardaş ölkə Türkiyədə daha çox müşahidə etmişəm.
-Gənc dənizçi nəslinə nələri tövsiyyə edərdiz?
-Dənizçi peşəsi çox məsuliyyətli bir peşə olduğu üçün seçdikləri sənətə daha ciddi yanaşmalarını tövsiyə edərdim.
Söhbətləşdi: Faiq Balabəyli
.