“Yardımlı Xeyriyyə Cəmiyyəti”nin sədri, Elman Eldaroğlu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allaşükür Paşazadəyə açıq məktub ünvanlayıb.
Müstəqil.Az həmin məktubu təqdim edir:
Hörmətli Allahşükür Paşazadə-şeyx həzrətləri, Yardımlı əsilli soydaşlarımızı təmsil edən bir ictimai təşkilatın rəhbəri kimi, Sizə çatdırmaq istəyirəm ki, 2011-ci ildə rayonumuza axund təyin etdiyiniz Füzuli Fərzullayevdən rayon əhalisi- ruhanilər, dindarlar, ziyalılar çox narazıdır.
O, öz davranışı və ruhaniliyə zidd olan əməlləri ilə əhali arasında nüfuzunu itirməklə yanaşı, təmsil etdiyi təşkilatın adına da xələl gətirir. Bunun nəticəsidir ki, Yardımlının axundu olduğu halda onu rayon ərazisində tapmaq müşkül məsələyə çevrilib. Sanki hansısa xoşagəlməz səbəblər ucbatından əhali ilə təmasdan ehtiyyat edir.
Cənab Şeyx, bizə olunan çoxsaylı müraciətləri nəzərə alaraq bu məsələyə münasibət bildirməyinizi Sizdən xahiş edirik.
Hörmətlə,
“Yardımlı Xeyriyyə Cəmiyyəti”nin sədri, Elman Eldaroğlu