Rövşən NOVRUZOĞLU
Milli Təhlükəsizlik Məsələləri üzrə ekspert, politoloq
(Xüsusi olaraq Müstəqil.Az üçün)
Hər şey yuxusuna gəldi, bir an bundan öncə evində süfrə açdığı adamda, başıçalmalı, üst-başından qəribə, nəfəs kəsən, gün altında yanıb, qovrulan qumun iysi gələn, adına Fırtına deyilən kişi də, göbəyinin üstündən dəmir bvə zınqırovu olan günbəzi asılan Əbdül Məzar da…
Hamısı batmış bir şqəbrin başında dövrə vurmuşdu. Onlar atılıb, düşür, oynayır, şaqqanaq çəkib gülürdülər. Əbdül Məzar atılıb, düşməkdən yorulmuşdu. Alnının, sifətinin qırışlarını tər basmışdı.
– Xeyr ola? – Şeyx soruşdu.
– Gəlmişik sevindirək… – Əbdül Məzar dedi və şaqqanaq çəkib güldü. Ağzını Şeyxin qulağına qoyub, pıçıldadı. Dediyin adam öldü. Ona qəbir qazırlar – əlavə elədi. Pərdəni qaldır, pəncərədən bax…
Şeyx diksindi. Pəncərəyə yaxınlaşanda böyük bir izdihamın şahidi oldu: – Bu zavallılar mənim pəncərəmin ağzında nə gəzir?
– Şeyx, düşmənini Allah öldürdü…
– Allahı şahid çəkmə, Təbib Fırtına… Mənim razılığımla səni vəzifəyə qoydular. Denən biz öldürdük. – Əbdül Məzar pıçıladadı.
– Susun, Siz Allah… Eşidən olar. Mənim evimin bütün deşiklərində mikrofon var hamınızın payını ayırmışam. Qapının ağzında… üstünə adınızı da yazmışam… İndi deyin, məndən Prezident olar, ya yox? – baxdı qonaqlarına. Cavab gözlədi.
– Olar kişi, səndən prezient olar, ordu komandiri də. Lap Müaviyə kimi.
– Mən bu millətin anasını ağladacam – Şeyx dedi.
– Allah səni buna görə göndərib.
Hamısını yola saldı. Axırda Ağ xalatlı Fırtınanı yola salanda gördü ki, o ovcunda ucu əyilmiş iynəni də özü ilə aparır, rəngi bozardı. O nədir kişi? – xəbər aldı.
– İynədir, mömin eşitdi.
– Ədə burda qoy. Onu aparma – dedi. Ələ keçər. Evimiz yıxılar… Bu qədər o dünyaya adam yola salmısız… yenə ağlınız yoxdur.
Səsə diksindi. Ağır bir izdizam sanki evinin içində idi, divarları deşirdi.
Gözlərini yuman kimi yuxusu qarışdı. Əl telefonu ilə gedənlərə, Ağxalatlı Fırtınaya zəng etidi. Telefonu qulağına sıxan kimi astadan pıçıldadı: Bütün sənədləri qaydaya salın – əlavə elədi…
O yuxuda bunu da gördü ki, ölüb… basdıranı yoxdu. Onu da gördü ki, bir nəfər kolluğun dibindən çıxıb, ona sarı gəlir… Yalvarmağa başladı: “Başına dönüb – dedi, gücüm getdi, məni basdır… basdır məni… Sən dubaylı Məsi, tanıdım onu. Məni basdır, başına dönüm, basdır… yenə yalvardı.
– Diri-diri? Kəfənsiz?
– Dubaydan olan Məsi soruşdu.
– Hə, diri-diri. Mənim kəfənim elədim abırsız işlərimdi…
– Mömün, Hacı Dadaş öldü – Məsi pıçıldadı. “Qızıl Teşti” gətirmişəm.
– Qoy qapının dibinə – Şeyx dedi.
– Mömün, sən niyə bu işə qol qoydun? – qulağına səs gəldi.
– Bacarmırdım. Yerindən duran onun dalınca gedirdi.
– Bu gün o yoxdu. Mömün.
– Amma on u dəstəkləyənlər var…
Bu ara gördü ki, Məsi boyun-boğazına doladığı ağır zəncirləri toparlayıb, onun ayağının altına atdı.
– Bu nədir? – təəccübləndi.
– Zəncirdi, Mömün. Götür özünü as. Hacı Dadaşdan sonra sənin yaşamağın mənasızdır. Götür… – ona hökm elədilər.
Mən ölə bilmərəm. Mən ölməli deyiləm, Allahım. Axı nə üçün mən? Bu düzgün seçim deyil. Bəs söz vermişdiniz. Biz danışmışdıq axı. Bəs mənim bildiklərim? O dünyada bir nəfər olacaqmı ki, mənə qulaq asın. Yox, ölə bilmərəm. Bu mümkün deyil. O, çox götür-qoy elədi. Amma Şeyxin halı birdən-birə dəyişir. Şeyx ölürdü. O, can üstə idi. Üzünü qapıya tərəf çevirdi. Məsi – çağırdı… Mən ölürəm. Amma ölmək istəmirəm. Çünki bu sərvəti, milyardları qoyub, gedə bilmirəm… Kömək et, Məsi, ölürəm… – təkrar-təkrar pıçıldadı.
– Yetimi qapıdan qovarlar? Amma sən qovdun. Sən ölsən heç kəs basdırmağa gəlməyəcək. Səhra çaqqallarına aparacam ki, səni yesinlər… Sən Allahın dinini Azərbaycanın boynuna kəfənə döndərdin. Səni səhv qoyacaqlar qəbirə, ancaq axşam üstü çıxarıb qoyacaqlar çölə… Yenə qoyacaqlar qəbirə… yenə çıxarıb qoyacaqlar çölə. Sən çalış ölmə. Məsi qəfildən dedi. Bir də Hacı dadaşın ölümü səni çaşdırıb, deyəsən? O, millətin çiynindən yerə düşmür. Sən isə yetimi qapıdan qovdun. Allahsız oldun. Neynirəm milyonu… Dünəndə sənə “Qızıl-Teşt” göndəriblər. Hədiyyə… Nə üçün? Dubaydakılar üçün nə iş gördün, xəbərim olmadı.
– Məsi, gözdə-qulaqda ol. – Şeyx yenə dedi. “Qızıl Teşt”i Dubaydan Hacı Dadaşa görə verdilər. Amma onu istəmirəm. Onu verəcəm Tarix Muzeyinə. Amma mən ölürəm, Məsi.
– Tarix Muzeyinə niyə?.. – Mədi dedi. Sənin ki, tibb aləmində çoxlu doxtur dostun var – əlavə elədi.
Bu ara bayırdan səs gəldi. Qəribə b ir hay-küy vardı… Polislər deyəsən qalxdılar – diqqətlə Məsiyə baxdı. Qalxdılar, hə? – soruşdu.
Məsi – dedi, əl at, pərdəni qaldır. Görüm həyət-bacada, küçədə, meydanlarda nə səs-küydü… Qulaqlarım deşilir…
Məsi ağır addımlarla pəncərəyə yaxın gəldi. Pərdənin ətəklərini ovcunda sıxıb, küçəyə boylandı.
– Məşədi Dadaş ölüb – dedi.
– Məşədi Dadaş çoxdan ölüb – Şeyx pıçıldadı. Ölən Hacıdır. Hacıların Hacı – əlavə elədi.
– Gözdə-qulaqda ol, Məsi… – Şeyx pıçıldadı. İndi aləm qarışacaq. Qan su yerinə axacaq. Polislər qaçacaq, dövlət darmadağın olacaq. Biz ssenari qurmuşuq. Bax, onda məni axtaracaqlar. Mən də getmiyəcəm.
– Onlar Dövləti, Milləti, Allah tərəfindən göndərilən prezidenti sevirlər. Yox, əksinə elədilər, Mömün, – Məsi dedi. Gözlədiyin polislər tərsinə işləyir. Dubaydan onlara bir şey göndərməyiblər? Dubay Şeyxləri görüm-baxım eləmədilər? – Məsi soruşdu.
– Yox – Şeyx dedi. Səsi xırıldadı. Eləmək istədilər, amma polis yaxın durmadı. Polisi sındıra bilmədim, Məsi. Mən bu polisləri ələ ala bilmədim, Məsi… – Şeyx yenə dedi. Amma doxturlar bu işi gördülər, sağ olsunlar. Onların payını mən verəcəm – Şeyx dedi. Amma o, bir şeyi hələ də anlaya bilmirdi ki, Dövlətin idi, Prezidentin idi, Vitse-prezidentin idi. Onun kimi əlləri qan içində deyildi, satqın deyildi. Xalqın polisi idi, millətin polisi idi. Onun başında duran kişi əsl Vətən övladıdır. Onu yıxmağı, məğlub etməyi başından çıxart.
Hacı Dadaş ölən gün Şeyx əl-üzünü Dubayın Qızıl-Teştində yuyub, daranmaq istədi. Amma bacarmadı. İtmiş vicdanını axtarırdı, tapa bilmirdi.
– Məsi… – çağırdı.
Sən nə axtarırsan? Çox həyəcanlısan – Məsi dedi.
– Bu polislər niyə sakit oldular. Axı mən belə düşünmürdüm. Tərpənmədilər.
– Mömün mənalı-mənalı Məsini süzdü. Heç tükləri də tərpənmədi.
– Sən elə bilirdin polislər də sənin kimi Qızıl Teştə girəcək?.. – Məsi diqqətlə ona baxdı.
– Əvvəllər belə deyildi, Şeyx dedi. Polisə nə verirdin, qane edirdi, düşürdü qabağa… İndi heç kəsi yerindən tərpətmək olmur. Hamı Prezident deyib, dayanır… Hamısı möhkəm dayanıb.
Belə ölkəni dağıtmaq olarmı?
– Məsi, Məsi, Məsi… – sən hələ özümünküsən… – Şeyx əlavə elədi. Təlim alıblar. Mən bilirəm, təlim alıblar. Kişi kimi dayanıblar. Planımı dəyişəcəm, Məsi. Yoxsa, bu millət bilsələr, dərimə saman təpərlər… Mən düşünüb, danışmışdım ki, Azərbaycan öldü… Hacı Dadaş öldü, Azərbaycan öldü…
– Amma əksinə oldu. Azərbaycan dirildi.
– Məsi dedi. Bəri gəl – Məsi Şeyxi pəncərənin önünə çəkmək istədi.
Mən gedirəm – əlavə elədi.
– Hara gedirsən?… – Şeyx pıçıldadı. Mən ölürəm…
– Sən ölməzsən. Mömün gözlə qayıdıram. Sən bundan da dəhşətli fəlakətlərə imza atmısan.
Necə olur, mən başa düşə bilmirəm… Sən İyirmi yanvar qırğınlarında qabağa düşüb, ölənlərə qəbir qazdırırdın. Kəfən ölçüb, biçirsən. İndi heç tərpənmədin də… Hacı Dadaşa bir başsağlığı da vermədin… Bu polislər, bu millət , bu xalq səni heç vaxt bağışlamaz… Səni diri-diri basdıracaqlar Mömün. Amma hazır ol, Mömün… Səni həkimlə, iynə dərmanla, Qızıl Teştlə, Dubayla üz-üzə qoyacaqlar. Allah-Allah… nə qədər sən sağsan, hələ nələr baş verəcək… bu məmləkətdə.
– Məsi!.. Mömün necə qışqırdısa, Məsi diksindi.
– Nə var, nə qışqırırsan? – Məsinin sifəti tutuldu. Sənə zəncir də qoyublar ki, özünü asasan…
– Vermərəm, a Məsi!.. Qızıl-Teşti vermərəm… Qalarsan baxa-baxa…
Mömün sübh namazında əllərini göyə qaldırdı:
Ya Allah! Bu millət qədər yer üzündə satqın, xain, paxıl millət yoxdur. Hər şeyi gördüm bu millətdə, amma vicdan görmədim. Sən Məsinin qulağına çatdı. Qayıdıb, dedi:
– Necə yəni?.. Bu millətin anası dünyaya 242 sərkərdə verib. Bu millətin ana südü yeganə süddür ki, çürümür. Hələ də avropalılar bu millətin ana südü ilə böyüyür. Sənin qabağında ikiqat olduğun millətin uşaqları bu millətin ana südü ilə dil açır, böyüyür, “Allahu Əkbər” deyir…
Mənim millətim, xalqım böyük millətdir, Şeyx…
Qeyd: Müəllifin bu tədqiqat əsəri hələ 2020-ci ildə yazılıb. Lakin nəşrinə icazə verilmədi. (?) Əsər sanki bu gün üçün yazılmışdı. Şübhə etmirəm ki, bu əsər bu dəfə nəşr olunub, müsəlman dünyasına imzasını atır.
– Tanınmış Milli Məsələlər üzrə ekspert, məxfi materialların tədqiqatçısı, politoloq Rövşən Novruzğulunun yeni kitabə belə adlanır: “Şeyxin ölümü…”
Kitab 2021-ci ildə çapa hazırlansa da qadağan olundu.
Müəllif sanki bu günləri görürdü… O vaxt nəşriyyat dövlətdən ehtiyat etdi bu kitabın nəşrinin çap olunmasına.
İndi isə bu kitabın çapını Hacı Şahin tərəfdarları, onu sevənlər yəqin ki, nəşr edilməsinə yardım olunar.