Turantv.az:- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsində hərbi həkim komissiyasının sədrı Vüqar Mirzəyey hərbi xidmətə tam yararlı yüzlərlə adamlara saxta tibbi arayışlarla hərbi bilet satışı ilə məşğu olmaqda ittiham olunur. Bu haqda Elnur Esedov adlı sosial şəbəkə istifadəçisi “Cəlilabad” qrupunda paylaşım edib.
Yenixeber.orgun müəyyən düzəlişlərlə etdiyi paylaşımı təqdim edirik:
“Azərbaycan Respublikası Milli Təhlükəsizlik xidmətinin əsas vəzifələrindən biri də vəzifə başında, vəzifə səlahiyyətinlərindən sui istifadə edərək vətənə xəyanət yolu tutan məmurlarla qarşı sərt olmaqdır. Bunu onlardan dövlət mənafeləri tələb edir. Gözümüzün önündə bəzi Vətənə xəyanət edən məmurların qol salayaraq gəzməsi birdə təəccüb və heyrət doğurur.
Məsələn, Cəlilabad rayon hərbi komissarlığında uzun müddət hərbi həkim komissiyasının sədrı Mirzəyey Vüqar törədiyi cinayətlərə görə necə olur ki, bugünə kimi Milli Təhlükəsizlik xidmətinin diqqətini çəkməyib. Bu adamın hərəkətlərində şübhəli məqamlar kifayət qədərdir.
Bizim qənaətimiz belədir ki, Vüqar Mirzəyev bilərəkdən, qəsdən, bilə-bilə Azərbaycan Silahlı Qüvələlərinin Zəifləməsinə xidmət edib.
O, hərbi xidmətə tam yararlı yüzlərlə adamlara saxta tibbi arayışlarla hərbi bilet satışı ilə məşğul olub. Adətən bu tip cinayətləri törədən adamlar qonşu düşmən ölkələrini kəşfiyat qurumları ilə əməkdaşlıq edən adamlar olublar. Bu hal haralardasa planlaşdırılmış cinayətlərə daha çox bənzəyir. Bizə belə gəlir ki, dövlətin xüsusi qurumları bu məsələni mütləq, dövlət mənafei naminə araşdırmalıdır.
Söhbət dövlətin hərbi qüdrətinə xəyanətdən gedir. Şübhə etmirik ki, günün birində Azərbaycan Respubilkasının Prezidenti , Cənab Ali Baş kamandan bu cinayətləri törədən Mirzəyev Vüqar kimi adamları mütləq cəzalandıracaq yəni. Cənab Prezdentmizin dəmir yumurğu nə vaxtsa Vüqar Mirzəyevin də başına enəcək.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Yenixeber.org