Hindistanda bankomatı təmir etməyə gələn məsul şəxslər parçalanmış pulları görəndə böyük şok yaşayıblar. Bankomata daxil olan siçanlar 120 min rupi (təxminən 4.5 milyon manat) pulu yeyiblər.
Müstəqil.Az Moderator24.com-a istinadla xəbər verir ki, bankomatda nasazlıq yarandığı üçün bir mühəndis hadisə yerinə gəlib və qorxunc mənzərənin şahidi olub.
Hindistan Dövlət Bankına aid olan bankomatda parçalanmış əskinasların üzərində siçovul ölüləri tapılıb. Hadisə ilə bağlı istintaq işi açılıb və zərər görməyən əskinaslar rəsmilər tərəfindən toplanaraq götürülüb.