Ötən gün aprelin 17-də axşam Çexiya 18 Rusiya diplomatını Xarici Kəşfiyyat Xidmətinə və GRU-ya işləməkdə günahlandıraraq ölkədən xaric edib. Onlar 2014-cü ildə Çexiyanın silah anbarlarında partlayışlar təşkil etməkdə ittiham olunurlar. Baş nazir Andrey Babiş bildirib ki, Praqa həmin partlayışlarda “rus izini” aşkar edib. Baş nazir təcili mətbuat konfransında bəyan edib ki, Rusiya xüsusi xidmət orqanlarının həmin partlayışlarda əli olduğunu sübut edən dəlillər əldə ediblər.
Avropa KİV-ləri yazırlar ki, Çexiyadan xaric olunan rusiyalı diplomatlar əslində kəşfiyyatın əməkdaşları olublar, diplomatik örtük altında işləyiblər. Çexiya polisi isə bildirir ki, keçmiş GRU polkovniki Sergey Skripalı Böyük Britaniyada “noviçok”la zəhərləyən, həmin kəşfiyyat strukturlarının əməkdaşları olan Aleksandr Petrovun və Ruslan Boşirovun silah anbarlarında 2014-cü ildə və 2016-cı ildə törədilmiş partlayışlarda əli var. Onlar ölkəyə saxta Moldova və Tacikistan pasportları ilə daxil olublar.
Pasport məlumatları əsasında müəyyən olunub ki, bu şəxslər 201-cü il oktyabrın 13-də Mosvadan “Aeroflot” reysi ilə Praqaya gediblər, oradan Vrbetitse Ostarava adlı yerə gediblər və oteldə qalıblar. Oktyabrın 16-da Avstriyaya gediblər, oradan Rusiyaya qayıdıblar. Lakin polis digər təfərrüatları açıqlamayıb.
2014-cü il oktyabrın 16-da Çexiyanın Vrbetitse Zlinski rayonunda sursat anbarlarında seriya partlayışlar baş verib. Nəticədə iki nəfər həlak olub, böyük miqdarsa sursat sıradan çıxıb. 2016-cı ildə daha bir partlayış olub.
Moskvada isə Rusiyanın bu partlayışlarda əli olduğunu inkar edir. Dövlət Dumasının komitə sədrinin müavini Dmitri Novikov bildirib ki, Çexiya tərəfinin 18 diplomati ölkədən xaric etməsi ciddi məsələdir, üstəlik buna əsas yoxdur.
Federasiya Şurasının beynəlxalq işlər üzrə komitəsinin sədr müavini Vladimir Cabarov isə qeyd edib ki, Praqanın bəyanatları absurddur və Rusiyanın cavabı praporsional olacaq.
“Təsəvvür edirsiniz hansı absurd ittihamdır, onlar yaxşı ki, 1914-cü ili yada salmayıblar! Aydındır ki, hansısa sayıqlamadır. Rusiyanın işi-gücü yoxdur ki, hansısa anbarları partlatsın? Biz Çexiyanı heç vaxt öz rəqibimiz saymamışıq”,-Cabarov “İnterfaks”a bildirib. Onun fikrincə, Çexiya hökuməti amerikalıların məsələhəti ilə bu ittihamları irəli sürürlər.
Müstəqil.Az