“Sildim əllərini saç yaddaşımdan”-BAHAR ZAMANIDAN şeirlər…

Müstəqil.Az gözəl şeirlər müəllifi olan BAHAR ZAMANININ bir neçə şeirini təqdim edir. Bu yaxınlarda doğum gününü qeyd edən şairəni təbrik edir,ona yaradıcılığında daha da uğurlar arzulayırıq.

Qaç yaddaşımdan…

Əllərim saçımın qanına batdı,
Sildim əllərini saç yaddaşımdan.
Səni ölənəcən unutmaram ha…
Nə qədər gec deyil qaç yaddaşımdan.

Qaç qurtar özünü, cavansan hələ,
Atını dörd nala surən yaşındı,
Sən səmum yelisən, mənsə qasırğa,
Sənin eşq yaşındı, tufan yaşındı.

Gündə yüz gözələ and içəcəksən,
Hələ neçə əllər qızdıracaqsan,
Sən mənə baş qoşma, dəli qadınam,
Sən mənə şeirlər yazdıracaqsan.

Quruyan ümidəm, batan günəşəm,
Sənə özüm boyda dərd gətirərəm,
Yaddaşım anama bənzəyir, adam.
Səni gec taparam, tez itirərəm.

Məndən nigaran ol, arxayın olma,
Oddan aralanıb oda düşənəm.
Gəzib dolanarsan, gün keçirərsən,
Mən sərxoş olanda yada düşənəm.

Ağlına saçlarım gələr yanarsan
Bir qoxu duyarsan, yasəmən, ya mən
Baxarsan güzgüyə, dəli olarsan,
Ay allah, görəsən ya sənəm, ya mən?!

Sən eşqə inanma, sən aşiq olma,
Meyl etmə bahara, qışa, payıza.
Sən nəğmələr söylə, sən şeirlər yaz,
Hələ yelləncəkdə yellənən qıza.

Mənim saçlarım da başıma dərddi,
Mənim saçlarımın yaddaşı ağır.
Toxunma saçıma ağrıdar sonra,
Sonra kəsdirərəm o – cığır-bağır.

Burax saclarımı, o yol, o da sən,
Saçım yollarına dönür, qarışır.
Gedənlər həmişə bircə söz deyib:
“Qısa saç üzünə yaman yaraşır”

Get mən də saçımdan çıxım heyfimi,
Qaraya boyadım, ucunu kəsim…
Ehh, uzun saçın da ayrı dərdi var,
Belə oğlan-fason bəsimdi, bəsim…

Eşqkar!

Əllərini uzatmısan
Tut deyirsən tutmuram..
Gözlərindən ayagımın altınacan
Yol cəkmisən
“Bircə addım at”deyirsən atmıram..
Nə bilim ki daha dilin dönməz mənə “get” deyəsən
O tən,bu tən gəzib ,gəlib öz ruhunda
Yenə məni gözləyəsən…
Sənə nagıl danışmışdım “divlə qızın” yadındamı?
Unutmusan bəlkə coxdan bes o zaman yaddan cixib adımdamı?
Mən bilmirəm ..öyrəşməyib dodaqlarım yad dodaga
Sənsə hər gün öldürürsən göz odunu…bu qadını
Sonra verirsən torpaga..
Və yenə də dönüb,gəlib qayıdırsan xeyir ola?
Su tökürsən ocagıma, daş atırsan qucagıma..
Hisslərimi oyadırsan xeyir ola..
Yaxşı daha nə deyim ki.. yarımcıgam sənsiz Yarım
Qibləm,Kəbəm, ibadətim..və Eşqkarım!

 Öpürəm yollarından…

Nə qayıtmaga yer var,
Nə unutmaga adam
Bu şəhər tanış gelmir
Mən də şəhərə yadam.
Unuduram nə varsa
Əl izi, ayaq izi..
Unuduram birbəbir
Dagı,cölü, dənizi.
Daha dünya fırlanmır
Mənim sərxoşlugumda
Nə olacaq ki guya ?
Oldum, ya da olmadım
Bir adam boşlugunda..

Kecəcək Yaraşıqlım
Hər şey bir gün kececek
Yol kimi, cıgır kimi
Üstündən adlayacaq
Ya da basıb kecəcək
Saat kimi kecəcək
Bir -bir unudulacaq
Əl izi ,ayaq izi
O Adamın şəhəri
Bu Qadını dənizi..

Sən də belə kecərsən
Mən də belə kecərəm
Öldürərəm sevgimi
Goruna and icərəm
Deyərəm “sevməmişəm
SƏN adında bir kişi,
Xatırlamıram vallah
Necəydi baxışları
Əli,üzü ,yerişi..”
Sən də köks ötürərsən
Uzagı ən uzagı
Adım cəkilsə birdən
Deyərsən “ölüb axı..
Götürən yoxdu yerdən”
Sən də xatırlamazsan
Ətirimi, iyimi
Səsizliyin icindən
Cıgıran hay -küyümü..

Belə olur həmişə…
Nə qismətdi, nə qədər
Nolsun ki,ölürəm
Darıxmışam nə qədər..
Yol cəkən elə cəkib
Yol uzanar,uzanar
Məni həsrət itirər,
Səni kimsə qazanar..

Nə bilim Bircədənəm
Həyatdı da.. həyatdı
Yatmışdım min ildiki
Yol cəkənlər oyatdı..
Durub gördüm getmisən
“Getmə “deyə bilmədim
Sən gözləməkdən bezdin
Mən yazıq da gəlmədim.
Gəlmədim..yolu kəsdi
Bu qəzalar,qədərlər
Gəlməmişəm nolsun
Gəlməyəndə gedərlər?
Yəqin belə yaxşıdı
Mən cıxdım qollarından..
Hara getsən yaxsi yol!
Öpürəm yollarından…

Share: