Böyük Britaniya qırıcıları Rusiyanın nüvə bombardmançılarını Şimal dənizində müşayiət etmək üçün havaya qaldırılıb.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ölkənin Hərbi Hava Qüvvələrinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilir ki, “Typhoon” qırıcıları iki “Tu-160” bombardmançısını müşayiət etmək üçün Şotlandiyanın “Lossiemouth” hərbi bazasından havaya qalxıblar.
“Rusiya təyyarələri Britaniyanın hava məkanının sərhədləri keçmirdi”, – idarənin nümayəndəsi deyib.