Cənubi Koreyanın Müdafiə Nazirliyi Şimali Koreyanın üç gündür hərbi rabitə xətti üzrə zənglərə cavab vermədiyini bildirib.
Məlumata görə, Seul aprelin 7-dən Pxenyanla əlaqə saxlamağa çalışsa da, cavab almayıb.
Bildirilir ki, Cənubi və Şimali Koreya hərbçiləri müntəzəm olaraq gündə iki dəfə zəngləşirlər.
Cənubi Koreyanın Müdafiə Nazirliyi aprelin 7, 8, 9-da baş vermiş uğursuz zənglərin dəqiq səbəbini müəyyən etməyib. Hərbçilər etiraf edirlər ki, burada həm KXDR-in düşünülmüş qərarı, həm də mümkün texniki problemlərdən danışmaq olar. Belə ki, oxşar hallar əvvəllər də baş verib.
2022-ci ilin iyununda tərəflər texniki nasazlıqlara görə bir ay ərzində bir-birinə zəng etməyiblər. 2020-ci ilin yayında isə Şimali Koreya iki ölkə arasında növbəti gərginlik ilə əlaqədar hərbi kanallar vasitəsilə edilən zənglərə cavab verməyi dayandırıb.
Mənbə: kommersant.ru