Şimali Koreya iyul ayından bəri Rusiyaya 6 700 konteyner sursat göndərib.
xəbər verir ki, bu barədə Cənubi Koreya KİV-i məlumat yayıb.
Bildirilib ki, müdafiə naziri Çin Uon keçirdiyi brifinqdə bu konteynerlərlə 3 milyondan çox 152 mm-lik və ya 500,000 122 mm-lik artilleriya mərmisinin daşına biləcəyini deyib.
“Ehtimal ki, bu, hər ikisinin qarışığı olub və bu, o deməkdir ki, bir neçə milyon mərmi göndərilib”, – nazir bildirib.
O, Şimali Koreyadakı yüzlərlə sursat zavodunun elektrik və xam maddə çatışmazlığı səbəbi ilə öz potensialının 30%-i ilə işlədiyini, lakin Rusiya üçün istehsal edilən vasitələrin işlək olduğunu əlavə edib.
Şimali Koreyanın göndərilən silah-sursat müqabilində Rusiyadan daxili qiymətləri tənzimləmək məqsədilə əsasən qida məhsulları olmaqla 9000 konteyner qəbul etdiyi bildirilir.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin cümə günü açıqladığı məlumata görə Şimali Koreya sentyabrdan bu yana Rusiyaya 10 min konteynerdən çox sursat və ya material tədarük edib.
Lamiyə Şirinova