Şimali Koreya 2023-cü ildən bəri xüsusi hərbi əməliyyata kömək etmək məqsədilə Rusiyaya təxminən 7 min konteyner sursat və digər hərbi texnika göndərib.
xəbər verir ki, bu barədə Cənubi Koreyanın müdafiə naziri Şin Von-Sik məlumat verib.
Məlumatı “Associated Press” (AP) yayıb.
Yanvarın əvvəlində “The Washington Post” Ağ Evin anonim rəsmilərinə istinadən yazıb ki, Rusiya Şimali Koreyanın Ukraynaya verdiyi ballistik raketlərdən atəş açmağa başlayıb.