Şimali Koreya lideri Kim Çen In yeni nüvə imkanları üçün nüvə silahına aid materialların istehsalını artırmağa başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
KXDR lideri bildirib ki, o, ölkənin suverenliyinin müdafiəsi üçün buna gərək duyub:
“Nüvə potensialının inkişafı zəruridir. Ona görə də biz nüvə qüvvələrimizin gücləndirilməsi üçün səylərimizi davam etdirməliyik”.