“Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin oğlu Culiano yoldaşlıq görüşündə ciddi zədə alıb.
“Alaves”də icarə əsasında çıxış edən 20 yaşlı gənc futbolçu “Burqos”la mövsümöncəsi görüşü başa vura bilməyib.
Hücumçu rəqibin zərbəsindən sonra yerdə qalıb və daha sonra xəstəxanaya aparılıb.
İlkin məlumata görə, o, ayağını sındırıb və ola bilsin ki, sol topuğunun bağlarını zədələyib.
“Alaves”in yaxın günlərdə futbolçusunun zədəsi ilə bağlı daha ətraflı məlumat verəcəyi gözlənilir. Hücumçu qarşıdan gələn La Liqa mövsümünün böyük hissəsini buraxa bilər.
Mənbə: sports.ru