Azərbaycan futbol klubları arasında 2023-cü il 21 dekabr tarixində Xankəndi stadionunda oyun keçirilməsi Azərbaycan üçün tarixi hadisədir. Bu tarixdə keçirilmiş oyununun məhz Qarabağ və Mərkəzi Ordu İdman Klubu (MOİK) arasında təşkil olunmasının da öz rəmzi mənası var və xüsusi əhəmiyyət kəsb edir.
Təbii ki, 3 ay əvvəl belə bir tarixi oyuna şahidlik edəcəyimizi düşünə bilməzdik. Amma bu anlar tam şəkildə reallığı əks etdirən bir hadisədir. Bu gözəl və unudulmaz anları bizə yaşadan qəhrəman şəhidlərimiz, qazilərimizdir. Ali Baş Komandanın rəhbərliyi ilə 2023-cü il sentyabrda birgünlük antiterror əməliyyatları baş verdi. Bu əməliyyat zamanı ordumuz bir daha düşmənə öz gücünü, qüdrətini, yenilməz ordu olduğunu göstərdi. Düşmən bir daha anladı ki, Azərbaycanın igid, qəhrəman oğulları haqqımız olan torpaqlarımız, Vətənimiz uğrundan düşünmədən birmənalı şəkildə canlarını qurban verməyə hazırdı. Beləliklə, yenilməz ordumuzun qəhrəmanlığı nəticəsində Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri düşməndən tamamilə təmizləndi, separatizmin yuvasıına çevrilmiş bu rayonlarımız öz doğma sakinlərinə qaytarıldı. Bu gün əlini Azərbaycan xalqının qanına bulamış separatçı rəhbərlər layiqli yerlərini almış, Bakıda həbsdə öz cəzalarını çəkirlər. Bu gün bütün Azərbaycan torpaqlarında bizim üçrəngli şanlı bayrağımız dalğalanır, ərazi bütövlüyümüz, suverenliyimiz əbədi olaraq tam təmin edilib. Bu, bizim üçün böyük qürur, fəxrdir.
Artıq azad olunmuş torpaqlarımızda bərpa işləri görülür, hətta qısa müddət ərzində məcburi köçkünlər doğma torpaqlarına geri qayıtdı və bu proses mərhələli şəkildə davam edir. Bu da dövlət olaraq Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi.
Oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndində Azərbaycan bayrağını dalğalandırmasından sonra bərpa işlərinə başlanmışdır. Bunlardan biri də Xankəndi stadionunun qısa müddət ərzində yenidən inşası və ilk futbol matçının keçirilməsidir.Bu tarixi anları Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva da izləmək üçün stadiona daxil olmuşdular. Prezidentin oyundan əvvəl Xankəndi stadionunda çıxışı da maraqla qarşılanmış və nəinki düşmənə bütün dünyaya öz mesajlaını çatdırmışdır.
Xankəndi stadionunda futbolu izləmək üçün ilk dəfə şəhid ailələri və uşaqlarının da izləməsi, Prezidentin stadionda çıxışı zamanı xüsusi olaraq şəhid ailələrini və onların uşaqlarını salamlaması, şəhidlərimizin 1 dəqiqəlik sükutla yad edilməsi başda Prezident İlham Əliyev olmaqla bütün Azərbaycan xalqının öz şəhidlərinə və onun övladlarına göstərdiyi dəyərin, burada olmaqlarının məhz şəhidlrərimizin hesabına baş tutduğunun göstəricisidir.
Prezidentin də çıxışı zamanı dediyi kimi “Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır”. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz bura qayıtmalı idik və qayıtdıq”.
Bəli, 30 il sonra da olsa, ədalət zəfər çaldı, haqlı qalib oldu. Bu gün bütün dünya bu tarixi analara şahidlik edir və edəcəkdir. Beynəlxalq təşkilatların, guya ədalət, demokratiya tərəfdarı olan Avropa ölkələrinin əslində bu problemi həll etmək istəmədikləri məlum oldu və Azərbaycanın yenilməz ordusu bu gözəl, sevindirici tarixi bizə yaşatdı. Bu elə bir tarixdir ki, əsrlər keçsə də, Azərbaycanın gələcək övladları qürur və fəxr hissi ilə hər zaman oxuyacaq və danışacaqdır.
Prezident çıxışı zamanı xüsusi bir məqama da toxundu, bəzi separatistlər məhz bu stadionda çıxış edərək, “ Qarabağ ermənistandır və nöqtə” demişdilər. Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır!
Düzdür, Qarabağ Azərbaycandır! Biz buna Ali baş komandan, ordu və xalq birliyi nəticəsində nail olduq və gücümüzlə, qüdrətimizlə bunu söz olaraq deyil, həyata keçirməklə sübut etdik.
Prezident İlham Əliyevin çıxışından sonra oyunu başlatması, məhz onun topa toxunaraq onu Milli Ordu İdman Klubuna ötürməsinin də simvolik mənası var. Bu görüntülər bir daha düşmənə göz dağı oldu.
Beləliklə, Qarabağ və MOİK komandasının Xankəndidə baş tutan oyunu, Prezident və Birinci xanım Mehriban Əliyevanın şəhid övladları ilə birgə, onların əhatəsində oyunu sona kimi izləməsi, onlarla səmimi səmimi söhbətlər etməsi, fotolar çəkdirməsi, Azərbaycan xalqının, futbol azarkeşlərinin öz komandalarına dəstək olmasına düşmənlər daxil bütün dünya şahidlik etdi.
Prezidentin də dediyi kimi bu, torpaqların qədim, əzəli xalqı, sakinləri əbədi olaraq Qarabağ torpağında yaşacayacaq və yaradacaqdır.
Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru