SİNƏDAŞI KİTAB ŞAİR!

Afaq ŞIXLI

40 gün gəldi keçdi, Fərqanə xanım! Gözəl şair, mehriban insan! Ruhun şad, məkanın cənnət olsun!

Görüşdünmü Tanrı ilə?
Necə etdin xitab, şair?
Bizdən ona salam söylə,
Sinədaşı kitab şair!

Sənsiz qaldı ədəbiyyat,
Sözün kimi kəlam varmı!
Biz gəlincə sən yaz, yarat, –
Orda vərəq, qələm varmı?

Həyat şirin, ömür acı…
Yaxın imiş yolun sonu.
Anama rast gəlsən, bacı,
Darıxmağa qoyma onu.

11.06.20.

Share: