“2028-ci ildə keçirilən prezident seçkilərində də namizəd olacağam”.
“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyədə “ATA İttifaqı”ndan prezidentliyə keçmiş namizəd Sinan Oğan qatıldığı verilişlərin birində deyib.
O bildirib ki, siyasi mübarizəsi sona kimi davam edəcək.
Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ilk turunda “ATA ittifaqı”nın namizədi Sinan Oğan 5,17 faiz səs toplamışdı.