Sinan Oğan ittihamlara cavab verdi — Həmin foto

Sinan Oğan ittihamlara cavab verdi — Həmin foto

“Ata İttifaqı”ndan prezidentliyə keçmiş namizəd Sinan Oğan sosial mediada İBB İYİ Partiya Qrupunun sədr müavini İbrahim Özkanla bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, o, İ. Özkanın tviter hesabındakı paylaşımına cavab verib.

Həmin paylaşımı təqdim edirik:

“İbrahim bəy, görəsən, bunu bilmədiyiniz üçün yazmısınız, yoxsa bələdiyyə işindən əlavə boş vaxtlarınızda trolluq edirsiniz? Heç beynəlxalq görüşdə, həyatınızda heç vaxt kokteyldə iştirak etməmisiniz? Belə mühitlərdə birilə danışarkən kimsə gəlib orada dayanır və ya danışdığınız adamla salamlaşır. Həmin vaxt iştirak edən fotoqraflar da şəkil çəkirlər. Bunlar əvvəlcədən planlaşdırılan görüşlər deyil…”.

Qeyd edək ki, İbrahim Özkan S. Oğanı andiçmə mərasimində İraq Kürdüstan Regional Hökumətinin başçısı Neçirvan Bərzani ilə şəkil çəkdirdiyinə görə günahlandırıb. 


Share: