Sinan Oğandan Azərbaycanla bağlı paylaşım

Sinan Oğandan Azərbaycanla bağlı paylaşım

“Azərbaycanla dost və qardaşlığımız regionda sülh və sabitliyin təminatıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyədə ATA İttifaqından prezidentliyə keçmiş namizəd Sinan Oğan tviterdə yazıb.

O, 15 iyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib:

“Dost və qardaş Azərbaycan xalqının 15 iyun – Milli Qurtuluş Gününü təbrik edirəm. 15 iyun həm də Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümüdür. Mübarək olsun!”.


Share: