Sinqapurlu kişi onunla görüşmək istəməyən qadını məhkəməyə verdi

Sinqapurlu kişi onunla görüşmək istəməyən qadını məhkəməyə verdi

Sinqapurlu kişi sevdiyi qadını onunla görüşməkdən imtina etdiyi və dost qalmağı üstün tutduğu üçün məhkəməyə verib.

Kauşiqan adlı şəxs Tanq adlı xanımla 2016-cı ildə tanış olub və dostlaşıb. 2020-ci ilin sentyabrında o, qadına aralarındakı münasibətlərin yeni mərhələyə keçməsini arzuladığını bildirib. Qadın isə buna qarşı çıxaraq görüşlərinin tezliyini azaltmağı və müəyyən şəxsi sərhədlər qoymağı xahiş edib, lakin bu Kauşiqanın xoşuna gəlməyib.

Nəticədə o, dostuna qarşı “ehtiyatsızlıqdan emosional sıxıntıya məruz qoymaq və mümkün böhtan” nəticəsində dəymiş maddi ziyana görə məhkəmə iddiası qaldırıb.

Kişi qadından 3 milyon dollar tələb edib.

İl yarım davam edən məhkəmə prosesində Kauşiqan qadın tərəfindən rədd edildiyi üçün “gecələr böyük kapitala malik aktiv treyder, gündüzlər isə baş direktor” kimi pul qazanmaq imkanını, həmçinin biznes tərəfdaşlarını itirdiyini bildirib. Bundan əlavə, sinqapurlu qadından psixoloji reabilitasiya kursunun pulunu tələb edib.

Lakin məhkəmə iddianı “açıq-aşkar əsassız” sayaraq rədd edib.

Mənbə: RenTV

Share: