Gömrükçülər tərəfindən xeyli miqdarda tütün məmulatının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bildirilir ki, Culfa dövlət sərhədindəki buraxılış məntəqəsindən keçməklə Naxçıvan Muxtar Respublikası ərazisinə gələn 99-GN-233 dövlət nömrə nişanlı, DAF markalı yük nəqliyyat vasitəsi əsaslı şübhələr olduğundan gömrük yoxlamasına cəlb edilib.
Nəqliyyat vasitəsinin kabinəsinin yoxlanması zamanı yataq yerinin altında xüsusi qaydada hazırlanmış gizli saxlanc yerindən 14 000 ədəd aksiz markası olmayan siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.