Şirkət rəhbəri selfi çəkərkən öldü

Çinin 4-cü böyük şirkəti olan “HNA Group”un idarə heyətinin ikinci sədri Vanq Çian faciəvi şəkildə dünyasını dəyişib.

Müstəqil.az xəbər verir ki, sədr Fransada səfərdə ikən Provins şəhərinin Bonniueks kəndində foto çəkərkən 15 m hündürlükdən yerə yıxılıb və ölüb.

Müstəqil.Az

Onun iş səyahəti üçün Fransada olduğu bildirilib.

Qeyd edək ki, “HNA Group” aviasiya, maliyyə, turizm, əmlak kimi bir çox sahələrdə fəaliyyət göstərir və dünyanın öndə gələn şirkətləri arasındadır. Şirkətin illik dəyəri 100 milayrd avronu keçir.

Share: