Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində iqtisadçı alimlərin tələbələrlə görüşü keçirilib

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində iqtisadçı alimlərin tələbələrlə görüşü keçirilib

Martın 17-də Şirvan şəhərində Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun bir qrup alimi ilə görüş keçirilib.

  Tədbirdən əvvəl kolleçin və institutun əməkdaşları Şirvan şəhərində Şəhidlər xiyabanını ziyarət ediblər, şəhidlərimizin əziz xatirəsi dərin hörmətlə yad olunaraq məzarları üzərinə gül dəstələri düzüblər.

Kolleçdə müəllim-tələbə heyəti ilə təşkil olunmuş görüşdə İqtisadiyyat İnstitutunun xüsusi layihələr üzrə direktor müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Allahyar Muradov, şöbə müdirləri – iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayeva, i.f.d., dosent Pərviz Həsənov və i.f.d., dosent Mahir Zeynalov iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə Dövlət İqtisadiyyat və Humanitar Kollecinnin direktoru, fiİilologiya üzrə fəlsəfə doktoru Barxudar Barxudarov açaraq qonaqları salamlayıb, belə bir görüşün təşkilinin müəllim-tələbə heyəti üçün şox faydalı olduğunu, regionlardakı təhsil müəssisələri ilə elmi tədqiqat institutları arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Kollecin müəllimi Elçin Məlikovun moderatorluğu ilə keçirilən tədbirdə iqtisadçı alimlər çıxış ediblər, tələbələrin Azərbaycan iqtisadiyyatının müasir inkişafının başlıca xüsusiyyətləri, əsas inkişaf meyilləri və gələcək perspektivləri ilə bağlı çoxsaylı suallarını cavablandırıblar. Xüsusən də, ölkəmizdə innovativ iqtisadiyyatın formalaşması, məşğulluğun təmin edilməsi, gələcəyin əsas peşə və ixtisasları və bu prosesdə təhsilin rolu, azad sahibkarlıq fəaliyyəti və biznes mühiti, sosial rifahın yüksəldilməsi, regionların tərəqqisi, qeyri-neft sektorunun inkişafı, Qarabağda yeni iqtisadiyyat quruculuğu kimi məsələlər ətrafında maraqlı müzakirələr aparılıb.

Sonda iqtisadçı alimlərə gənclərin elmi maarflənməsində göstərdikləri xüsusi xidmətlərinə görə iqtisadçı alimlər Elm və Təhsil Nazirliyi Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin “Fəxri fərman”ı ilə təltif olunublar (economics.com.az).

Share: