Şirvan şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən silsilə tədbirlərin davamı olaraq şəhərin Heydər Əliyev parkında və M.Füzuli adına Mədəniyyət və İstirahət Parkındakı “Zəfər abidəsi” ətrafında ağacəkmə aksiyası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, ağacəkmə aksiyasında Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Ramil Əhmədov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, idarə və müəssisələrin rəhbərləri, xidmət təşkilatlarının kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiya zamanı ümumilikdə 500-dən artıq həmişəyaşıl və müxtəlif növ ağaclar əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.