“Sivil Toplum” Monitorinq Koalisiyası İtaliyanın Azərbaycandakı səfirliyində görüş keçirib

“Sivil Toplum” Monitorinq Koalisiyası İtaliyanın Azərbaycandakı səfirliyində görüş keçirib

Yanvarın 22-də “Sivil Toplum” Monitorinq Koalisiyası həmsədrləri Əhməd Abbasbəyli (“Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyinin sədri) və Qorxmaz İbrahimli (“Demokratik Seçki Mərkəzi” İctimai Birliyinin sədri) İtaliyanın Azərbaycandakı səfirliyində səfirin müavini Riccardo Cursi və ikinci katib Marvin Seniga ilə görüşüblər. Görüşdə Qorxmaz İbrahimli əvvəlcə “Sivil Toplum” Monitorinq Koalisiyası haqqında, 07 fevral 2024-cü il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkilərində qarşıda duran vəzifələr barədə məlumat verib. Sonra Əhməd Abbasbəyli isə seçki mühiti, seçki prosesinin müşahidəsindən danışaraq, keçiriləcək seçkilərdə Koalisiyanın müşahidəçilərinin görəcəyi işlər barədə məlumat verib, müşahidəçilərin bu prosesdə əhəmiyyətini vurğulayaraq, faydalı olacağına inandığını bildirib.

Görüş zamanı bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.

Share: