Bu gün “Sivil Toplum” Monitorinq Koalisiyasının həmsədrləri A. M. Kərimov (“Müstəqil Hüquq Mərkəzi” İctimai Birliyinin sədi), Q. Ə. İbrahimli (“Demokratik Seçki Mərkəzi” İctimai Birliyinin sədri) və Ə. N. Abbasbəyli («Cəмiyyətin İnкişаfı Mərkəzi» Ictimаi Birliyinin sədri) 07 fevral 2024-cü il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkilərində Prezidentliyə namizədlərlə görüşlər keçiriblər. İlk görüş 13.00-da Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə, sədri olduğu Partiyanın qərargahında, sonra isə 15.30-da Böyuk Qurtuluş Partiyasının sədri Fazil Mustafa ilə BQP-nın qərargahında baş tutub. Görüşlərdə həmsədrlər “Sivil Toplum” Monitorinq Koalisiyası haqqında, müşahidə missiyası, seçki prosesində Koalisiyanın həyata keçirəcəyi fəaliyyətlər barədə məlumatlar verib. Prezidenliyə namizədlər E. Musayev və F. Mustafa isə öz növbələrində seçki mühiti, seçkilərin bu mərhələsinə olan vəziyyət, namizədliyin, irəli sürülməsi, imza toplanma və təşviqat prosesi barədə məlumatlar verib, öz seçki platformaları haqqında ətraflı danışıblar.
Görüşlərin sonunda seçkilərin demokratik azad, ədalətli və şəffaf keçirilməsi naminə hər kəsin, istər siaysi partiyaların, istər bitərəf müşahidəçilərin, istərsə seçicilərin maksimum səy göstərməsinin vacibliyi xüsusi vurğulanıb.