“Azərbaycanın birinci vitse-prezidenti hörmətli Mehriban xanımın keçmiş prezident Ayaz Mütəllibovun həyat yoldaşı Ədibə xanımın vəfatı ilə bağlı yüksək insanpərvərlik sayıla biləcək davranışı siyasi baxışından və statusundan asılı olmayaraq heç hər şeyin insan münasibətlərindən üstün ola bilməyəcəyi düşüncəsini cəmiyyətə aşılamağa xidmət edir. Bundan öncə də keçmiş prezident Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanımın vəfatı ilə bağlı atdığı hər cür tərifəlayiq addım kimi, bu davranış da cəmiyyətdə həqiqətən təqdirlə qarşılanır”.
Turkustan.info xəbər verir ki, bu açıqlam ilə millət vəkili Fazil Mustafa çıxış edib. O, qeyd edib ki, artıq Azərbaycan cəmiyyətində siyasi münasibətlərin gərginliyini azaltmaq zərurəti hamımız düşündürməlidir: “Bu iki nümunə insanlarımız üçün ciddi bir düşüncə dəyişiminə çağırış kimi də anlaşıla bilər. Siyasi mübarizənin gərginliyi fonunda bir millətin övladları arasında insanı münazibətlərin zədələnməsinə, dəyərlərin aşılanmasına qətiyyən yol vermək olmaz. Bir çox hallarda bir qrup insanlar hakimiyyətin isti yanaşmadığı keçmiş vəzifəli və ya tanınmış şəxslərin yas mərasimində iştirak etməkdən çəkinirlər. Eyni hal müxalifətdə olan insanların da ağır günlərində müşahidə olunur. İnsanların sevinc və ya kədərinin siyasiləşdirilməsinə qətiyyən yol vermək olmaz. Mehriban xanımın son iki davranışının Azərbaycanda formalaşan bəzi mənfi mentallığın dəyişməsində böyük əhəmiyyəti olacağını düşünürəm. Bu həm də Azərbaycan iqtidarına böyük nüfuz gətirən bəlkə də ən ciddi faktorlardan biri sayıla bilər”.
Müstəqil.Az