“Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni qanunun qəbuluna ehtiyac var”.
Müstəqil.Az Modern.az-ın məlumatına görə xəbər verir ki, bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk plenar iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.
S.Novruzov deyib ki, hazırkı qanun siyasi həyatı tam əhatə etmir:
“Partiyaların qeydiyyatı, maliyyələşməsi, seçki qərargahlarının yaradılması məsələsi yeni qanunda əksini tapıb. Əhalinin də sayı artıb, bu da nəzərə alınmalıdır. Hazırda siyasi partiya bir məhəllədən 100 səs toplayıb, qeydiyyatdan keçə bilər. Digər tərəfdən, partiyalara ianələrin köçürülməsi onlayn qaydada həyata keçirilməlidir. Bilinsin ki, partiyalara kim pul köçürür. Xaricdə partiyaların tərəfdarlarının sayı köçürülən pula ölçülür”.
S.NovruzovŞ həmçinin qəbiristanlıqların bələdiyyələrə verilməsi təklifi ilə çıxış edib:
“Nazirlər Kabineti nümunəvi qəbiristanlıqların 3 aya bələdiyyələrə verilməsi barədə qərar qəbul etmişdi, bu günə qədər bu qərar icra olunmur. Həmin qərarın icrası təmin edilməlidir”.