Siyyarto: “Azərbaycandan qaz nəqlini artırmaq üçün Avropadakı boru kəmərləri sistemini yeniləmək vacibdir”

Siyyarto: “Azərbaycandan qaz nəqlini artırmaq üçün Avropadakı boru kəmərləri sistemini yeniləmək vacibdir”

Avropa İttifaqı qitənin cənub-şərqində boru kəmərləri sisteminin modernləşdirilməsinə maliyyə yardımı göstərməsə, Azərbaycan qazı böyük həcmdə Avropaya daxil ola bilməyəcək.

Bunu çərşənbə günü Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyyarto Moldovalı həmkarı Nikolae Popesku ilə danışıqlardan sonra Kişinyovda keçirdiyi mətbuat konfransında deyib.

Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Azərbaycan və Avropa İttifaqı qaz ticarətini genişləndirmək barədə razılığa gəliblər. Mavi yanacaq xüsusilə Macarıstana, Mərkəzi və Şərqi Avropanın digər ölkələrinə tədarük ediləcək. Lakin bunun üçün “çox vacib şərt” mövcuddur – regionda böyük həcmdə yanacağın vurulması üçün gücü hələlik kifayət etməyən müvafiq infrastrukturun hazırlanması.

“Biz Brüsseldən tələb edirik ki, Aİ büdcəsindən Cənub-Şərqi Avropanın qaz təchizatı üçün infrastrukturun inkişafı üçün vəsait ayırsın”, – Siyyarto bildirib.

O qeyd edib ki, “Brüssel indiyədək passiv olub” və onsuz belə irimiqyaslı işləri maliyyələşdirmək mümkün olmayacaq.

Nazir xatırladıb ki, bundan əvvəl Budapeşt və Bakı arasında 1-2 milyard kubmetr qazın tədarükü ilə bağlı razılıq əldə olunub.

Mənbə: TASS

Share: