Mən iki gün “Söyüdlü”də qaldım. Hadisələr mənim üçün çox maraqlı idi. Hadisələrdən üç gün öncə öyrəndim ki, Moskvada (RF-da) “Ararat” mehmanxanasının 4-cü mərtəbəsində kiçik bir yığıncaq olub.
Orada Moskvada sərgərdan gəzən, erməni polis mayoru (o, müharibədə öz dostunu – kapitan Karen Canyanı arxadan vurduğu üçün xidmətdən qovulub. (Bu başqa mövzunun söhbətidir, qalsın. Çünki bütün bunları şərh etməyə gücün çatmaz…)
Cənab başçı, (polislərimizə “xəyanətkar” damğası vurduğun üçün adını utanıram çəkməyə) “Ararat” mehmanxanasında sənə vəd olunmuş “mükafata” gəlincə, o da haramın olsun. Siz nə etdiyinizi, kimin və yaxud kimlərin qucağına sığındığınızı dərk etmədiniz. Sizə elə gəlir ki, “Söyüdlü”lər yatdılar? Xeyr, cənab başçı. Yatan sizsiz, Prezidenti aldadıb, “qalstukunuz”dan tutub, yuxarı çəkənlərdir.
Söyüdlü yatmayıb. Amma məni düşündürən başqa məsələdir. Sizi RF-dan Azərbaycan Respublikası Prezidenti Aparatına yönəldənləri də araşdırmalar zamanı tanıdıq. Mənə elə gəlir ki, Gədəbəy camaatını, dişləri tökülmüş, son tikəsini çeynəmək üçün olan-qalan dişlərini qoruyan… insanların sinəsindən vuran sən olmadınmı? Onların çürük dişlərini ac-yalavac mədələrinə ötürən sən və səni bu yerlərə çəkib gətirənlər olmadımı?
Və yaxud “Ximprom” kimyaçıların Assosiasiyasının vitse-prezidenti Aramane Vladimiroviç Martirobyanın sağlığına badə qaldıran sən olmadınmı? Sən idin, Gədəbəy camaatına ayamalar qoşan… Sənə nə boyun almışdılar, bilmirəm. Amma ermənilər istədiklərini elədilər: – Azərbaycan Daxili İşlər Nazirliyinin qoşun kontingenti, onu qoruyan polislərimiz haqqında sənin fəaliyyətin nəticəsində heç kəsin inanmadığı əbləh bir rəy yaratmağa səy etdlər. Jurnalistlər arasında bu fikri genişləndirmək üçün… pul da ayırdın. Amma hiylələr keçmədi…
Biz qəribə millətik. Qaşınmayan yerdən qan çıxarmağın həsrətindəyik…
Cənab başçı! Yadına salım ki, Ermənistanla Gədəbəy sərhədləri boyunca erməni casusları 48 nöqtədə “Yaşıl barikadalar” qurub. (Ekologiya və təbii sərvətlər nazirimiz də yatıb). Bu “barikadalar” ancaq yaşıl ərazilərimiz vasitəsilə respublikamızın içərilərinə doğru getməli idilər. Amma mümkün olmadı. Azərbaycan polislərinə “xəyanətkar” dedin. Düz demisən. Çünki onların sırasında sənin kimi Azərbaycan Prezidentinin, ailəsinin əleyhinə badə qaldıran olmadı.
“…Yaşasın Paşinyan” ifadəsini sən demədinmi?..
Fikrimcə “Söyüdlü” Gədəbəyin xəlbiri olaraq qalır. Sərhədlərimiz açıqdır, cənab başçı… Mənə deyin görüm hadisələr baş verən günü sərhədlərdən ermənilərin fərqli kəşfiyyat sənədlərində “Yaşıl barrikada” kimi tapınan keçidlərdən neçə nəfər Azərbaycan Daxili İşlər Nazirliyi yenə qurumdur ki, onun canlarında keçici və sağalmaz erməni xəstə uşaq, qadın… “Söyüdlü”də göründü.
Hanı sənin Baş həkimin?.. Hanı sənin həkim briqadan?
Sən utanmadan, həya etmədən Azərbaycan polisinə “xəyanətkar” dediyin polislərdən hər gün neçəsinin sinəsi erməni gülləsindən dağılır…
Məlumata görə “Söyüdlü” kəndi “Ararat” mehmanxanasında artıq satılıb… Sənədlərdə qeyd olunur ki, erməni alimləri ərazidə çox ciddi ekoloji təcrübələr apara biləcək layihələrə imza atıblar. Orda bizlərdən də var…
Sonda Azərbaycan polislərini, onların rəhbərlərini erməni təbliğatının dairəsinə salanlara həm daxili, həm də xarici düşmənlərə xatırladıram, Azərbaycan polisinin, onun başında dayanan generalların, digər rəhbərlərinin heç bir iddiası yoxdur. Onların bir iddiası var: – Vətənə, dövlətə, ölkə başçısına, vitse-prezidentə sədaqətlə xidmət etmək – torpaqlarımızı qorumaq.
Görən, müdrik tarix baxımdan qədim olan “Söyüdlü”lər bunu bilirmi? Digər tərəfdən bir məsələni də xatırlatmaq istəyirəm.
Cənab Prezident! Açılmayan çox məsələ qaldı… Siz bu insanın “genetikasına” nəzər saldınızmı?.. Nə qədər ki, Azərbaycan mühitində “genetika” anlayışı kanalıdır… Sizi kadr siyasətində aldadacaqlar… Təhlillərimizə görə bütün bunlar erməni siyasətinin başlanğıcı olub və o, davam edir. Fikrimcə, ümummilli liderimiz salamat qalsaydı… o, heç kəsə, heç bir söz demədən Gədəbəyin İcra başçısının (Polisimizi söyüb, təhqir etdiyi üçün adını çəkmirəm) qalstukundan tutub, “Ararat” mehmanxanasınadək sürüyərdi…
Məlumata görə “Söyüdlü” kəndi “Dalğavari”bir hərəkat olmalı idi. Unudulmaz Heydər Əliyevin 100 illiyinə abırsız, vicdansız… dağıdıcı bir erməni hərəkatı olmalı idi. Amma Azərbaycan polisi bunun da qarşısını aldı. Çünki onun sinəsində erməni gülləsinin yarası hələ qurumayıb…
Beynəlxalq Terrorizmə və Korrupsiyaya
Qarşı Mübarizə Strateji Araşdırmalar
Mərkəzi”nin direktoru, siyasi elmlər üzrə
fəlsəfə doktoru, professor, politoloq
Rövşən Novruzoğlu Vəlizadə