Sizcə, bu halda İlham Əliyev ona imza atardı?

Sizcə, bu halda İlham Əliyev ona imza atardı?

Düşünün, 30 ildir 20 faiz torpağımızın işğalı ilə sözdə danışıqlar prosesi gedirdi. Lakin dünən imzalanan razılaşma ilə münaqişə fərqli bir məcraya keçmiş oldu. Danışıqlar bundan sonra da gedəcək və getməlidir.

Müstəqil.Az bildirir ki, bu sözləri Axarz.a-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladığı bəyanat haqda danışarkən deyib.

Politoloq bildirib ki, sülh sazişi böyük ölçüdə Azərbaycanın maraqları əsasında tərtib edilib və ölkə başçısı bu razılaşma ilə yaxından tanış olub:

“30 ildir davam edən Ermənistan-Azərbaycan müharibəsinin ikinci mərhələsi imzalanan sülh sazişi ilə birlikdə başa çatdı. Bəli, mən bu sülh sazişini müharibənin və münaqişənin tarixində ikinci mərhələ adlandırardım. Çünki 90-cı illərdə Birinci Qarabağ müharibəsi bir sıra daxili və xarici səbəblər ilə atəşkəs adı altında Azərbaycanın məğlubiyyəti ilə başa çatmışdı. Bu gün isə nə tarix 90-cı illəri göstərir, nə də Azərbaycan 90-cı illərdəki o zəif, aciz siyasi hərcmərclik içərisindəki ölkədir. Azərbaycan diplomatik düha olan Ali Baş Komandanı rəşadətli Ordusu, xalqı və güclü müttəfiqləri ilə Ermənistan-Azərbaycan müharibəsinin ikinci mərhələsini qələbə ilə başa vurdu.

İmzalanan Sülh sazişinə gəldikdə isə deyə bilərəm ki, bütün şərtlər ilə ölkə başçısı birbaşa tanışdır. Canab Prezident Azərbaycanın maraqlarına uymayan heç bir sənədə qol çəkməz. Digər tərəfdən, istər müharibənin gedişi, istərsə də əldə edilən sülh sazişi ilə Türkiyə tərəfi də tanışdır. Əgər saziş uğursuz olsa idi, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Müdafiə naziri Hulusi Akar, Prezidentin sözçüsü İbrahim qalın cənab Prezidenti bu dənli ürəkdən təbrik etməzdi.

Düşünürəm, sazişdə hələ də qaranlıq qalan məqamlar var, lakin bu yaxın prespektivdə danışıqlar yolu ilə həll edilə bilər”.

Share: