Slovakiyada Rusiya və Belarusla mədəniyyət sahəsində əməkdaşlığın dayandırlması barədə qərar ləğv edilib.
xəbər verir ki, bu barədə Slovakiyanın mədəniyyət naziri Martina Şimkoviçova 2022-ci ilin fevralın 24-dən sonra imzaladığı sərəncamı ləğv edib.
“Dünyada onlarla hərbi münaqişə baş verir və fikrimizcə, incəsənət və mədəniyyət xadimləri onlardan əziyyət çəkməməlidir”, – nazirliyin mətbuat katibi Pavel Çorba bildirib.
2022-ci ilin martında Slovakiyanın Mədəniyyət Nazirliyi Rusiya Federasiyası və Belarusla əməkdaşlığı qadağan edib.
O zaman nazir olan Natalya Milanova bunu Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı ilə izah edib.
Slovakiya Milli Partiyasını təmsil edən hazırkı nazir yanvarın 12-də sələfinin sərəncamını ləğv edib.