Slovakiyalı daşıyıcılar Ukrayna ilə sərhəddə Vışne Nemetskoe – Ujqorod keçid məntəqəsində blokadanın davam etdiyini elan ediblər.
-nın məlumatına görə, bu barədə yerli “Teraz” xəbər portalı Slovakiya Avtomobil Daşıyıcıları İttifaqına (UNAS) istinadən məlumat yayıb.
Onların bəyanatına görə, blokada dekabrın 11-i saat 15:00-da başlayacaq və aksiya iştirakçılarının tələbləri yerinə yetirilənə qədər davam edəcək. UNAS-ın əsas tələbi Avropa İttifaqı ilə Ukrayna arasında qüvvədə olan və Ukrayna daşıyıcılarına Aİ bazarında icazə almadan fəaliyyət göstərmək imkanı verən “nəqliyyat vizasısız rejim”in ləğvi olub.