Slovakiyanın bir çox şəhərlərində hökumət əleyhinə mitinqlər keçirilib.
xəbər verir ki, bu barədə “Markiza” telekanalı məlumat yayıb.
Mitinqlərdə minlərlə vətəndaş iştirak edib.
Onlar Nazirlər Kabinetinin ölkənin hüquq sistemində xüsusi prokurorluq idarəsini ləğv etmək qərarına qarşı çıxır.
Habelə gələn ilin dövlət büdcəsində nəzərdə tutulan qənaət tədbirlərinin yaşayış səviyyəsinin aşağı düşməsinə səbəb olacığı bildiriblər.
Hökumət əleyhinə ən böyük mitinq paytaxt Bratislavada keçirilib.
Fəallar şəhərin əsas meydanını doldurub.
Respublikanın ikinci ən böyük şəhəri olan Koşitsedə (Şərqi Slovakiya) 2 mindən çox insan mitinqə çıxıb.