Sloveniyanın şimal, mərkəzi, şərq və qərb bölgələrində təsirli olan seldə həyatını itirənlərin sayı 6-ya yüksəlib.
“Qafqazinfo” xəbər verir ki, Sloveniya Xəbər Agentliyinin (STA) məlumatına görə, daha bir meyit ölkənin Mirna Peç bələdiyyəsinin İvanja kəndi ərazisindən keçən Temenica çayında tapılıb.
Qeyd edək ki, Sloveniya polisi cümə günü baş verən daşqın nəticəsində 5 nəfərin öldüyünü açıqlayıb. Sloveniyanın Ətraf Mühit Agentliyi leysan yağışlar səbəbindən “fövqəladə vəziyyət” elan edib. Sloveniyanın Baş naziri Robert Qolob bildirib ki, daşqının ölkədə vurduğu ziyan 500 milyon avronu keçə bilər.