“Smallville” filminin ulduzu 40 yaşlı aktrisa Allison Mack həbsdən çıxıb.
Kulis.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.
2021-ci ildə Mack üç il həbs cəzasına məhkum edilən aktrisa bir il tez azadlığa buraxılıb.
İstintaqla əməkdaşlıq etdiyinə görə onun cəzası azaldılıb.
Həbsdən əvvəl Mack peşman olduğunu bildirib.
Allison Mack və Raniere qadınları ciddi pəhrizlərə riayət etməyə məcbur edən gizli cəmiyyət yaratmaqda günahlandırılıb.
2019-cu ilin mart ayında Raniere pedofiliya və uşaq pornoqrafiyası ilə də ittiham olunub. O, günahını etiraf etməyib. Həmin şəxs 120 il müddətinə azadlıqdan məhrum edilib.
Mack isə 2019-cu ildə ona kömək etdiyini etiraf edib.