“Samsung” şirkəti yeni fleş yaddaş standartını istifadəyə verib.
Şirkətin məlumatına görə, UFS 4.0 fleş yaddaşı artıq kütləvi istehsala tətbiq olunub.
Ekspertlərin fikrincə, 2022-ci ilin sonu – 2023-cü ilin əvvəlində flaqman smartfonlar yeni, daha sürətli və daha məhsuldar yaddaşla təchiz olunacaq.
Mütəxəssislər qeyd ediblər ki, UFS 4.0 bütün göstəricilərə görə hazırkı 3.1 standartını üstələyir. Belə ki, yeni yaddaşın ardıcıl oxunma sürəti saniyədə 4200 meqabayta, yazı sürəti isə saniyədə 2800 meqabayta çata bilər. Hazırkı yaddaş formatında müvafiq göstəricilər 2100 və 1200 meqabaytdır.
Eyni zamanda, həm UFS 4.0, həm də UFS 3.1-in maksimum həcmi 1 terabaytdır.
Mənbə: lenta.ru