Rusiyalı müxalif bloqer və jurnalist Maykl Naki teleaparıcı və ictimai xadim Kseniya Sobçaka açıq məktub yazıb və onu Prezident Vladimir Putinin elan etdiyi qismən səfərbərliyi dəstəkləməkdə ittiham edib.
“Qafqazinfo” xəbər verir ki, o, teleqram kanalında bunları yazıb:
“Sənin əllərin qana bulaşıb. Sənin “müxtəlif tərəflərdən” baxmağınla bağlı nağıllar məhkəmədə kömək etməyəcək, əgər məhkəməyədək sağ qalsan. İndi heç bir “fərqli” tərəf yoxdur. İki tərəf var – həyat tərəfi və ölüm tərəfi. Və sən ölüm tərəfindəsən”.
Qeyd edək ki, Sobçakın “Səfərbərlik. Hüquqlarımızı necə müdafiə edək” adlı efirində vəkil qonaq olub. Qonaq elan olunmuş səfərbərlik kateqoriyalarına uyğun gəlməyən, lakin çağırış vərəqəsi alan insanlara vəziyyəti aydınlaşdırmaq üçün hərbi komissarlığa getməyi məsləhət görüb.