SOCAR bazara mühərrik yağları çıxarır

SOCAR bu yaxınlarda bazara mühərrik və sürtgü yağları çıxaracaq.

Bu barədə “APA-Economics”ə bu sektorda fəaliyyət göstərən şirkətlərdən birinin rəsmisi bildirib.

Adının açıqlanmasını istəməyən rəsmi deyib ki, məhsullar elə SOCAR brendi ilə bazara tanıdılacaq: “Artıq məhsulların qablaşdırılması və markalanması prosesi başa çatmaq üzrədir. Məhsullar bir müddət sonra bazara çıxarılacaq”.

Bildirilir ki, məhsullar və onların qiyməti rəqabətqabiliyyətli olacaq.

Mənbənin sözlərinə görə, məhsulların istehsalı zamanı istifadə olunan xammal həm yerli bazardan, həm də “Lukoil” şirkətindən alınacaq.

SOCAR məsələyə münasibət bildirməyib.

Share: