“SOCAR-ın Müşahidə Şurası qurumun İdarə Heyəti ilə əməkdaşlıq müstəvisində fəaliyyət göstərəcək”.
Müstəqil.Az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov “Twitter” hesabında bildirib.
Nazir əlavə edib ki, Azərbaycanın neftlə bağlı tarixi ənənələri və SOCAR-ın ölkə iqtisadiyyatında rolu yeni inkişaf dövrünə qədəm qoyacaq.
Müstəqil.Az