“Soldan birinci küçə” təqdim edildi- FOTOLAR

İyunun 1-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə AYB-nin üzvü, Prezident təqaüdçüsü, şairə Xəyalə Sevilin “Zirvə” Tədris Mərkəzinin “ZirvəKitab” layihəsi çərçivəsində çap olunan “Soldan birinci küçə” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.
 
Tədbiri giriş sözü ilə Milli Kitabxananın direktoru Kərim Tahirov açıb və Azərbaycan müasir ədəbi mühitindən bəhs edən nitq söyləyib. Eyni zamanda, Milli Kitabxananın gənc yazarlara tədbirlərin keçirilməsində dəstək olmasını xüsusi vurğulayıb.
 
Sonra tədbiri idarə etmək üçün sözü şair-publisist Əkbər Qoşalıya verib.
 
 
Əkbər Qoşalı çıxışında Xəyalə Sevilin ədəbi gənclik cameəsində özünəməxsus yeri olduğunu qeyd edərək onun şeirlərinin bədii məziyyəti haqqında ətraflı fikir sərgiləyib.
 
 
Tədbirdə tanınmış qələm adamları, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak edib.
 
Mərasim zamanı ədəbiyyat və ictimaiyyət nümayəndələrindən Nazim Əhmədli, Fərqanə Mehdiyeva, layihə rəhbəri, kitabın redaktoru İntiqam Yaşar, Emil Rasimoğlu, Tural Turan, Nurlan Vaqifoğlu, Xanım Aydın və digərləri çıxış edərək Xəyalə Sevilin şeirlərindən danışıb və uğurlar arzulayıblar.
 
Sonda kitablar imzalanıb və müəlliflə xatirə şəkilləri çəkdirilib.
Müstəqil.Az
Share: