Rusiyalı teleaparıcı Vladimir Solovyov rus estradasının primadonnası Alla Puqaçovanın ölkə xaricindən Rusiyaya qayıtmasından qəzəblənib.
Müstəqil.Az xəbər verir ki, o, “Polnıy kontakt” proqramının efirində bunları deyib:
“Niyə bütün bu zibili Rusiyaya geri daşıyırsınız? Hansısa Puqaçova geri dönüb. Ayaqla “Rolls-Royce”un qapısını açır. Bizi yenə öyrətmək üçün? Bəli, xalq onun haqqında nə düşündüyünü dedi. Ümumiyyətlə, kim qərara gəlib ki, əgər insan nə vaxtsa dahi idisə, onun dahiliyi tarixin ən vacib anlarında susmaqla təsdiqlənir. Uşaqları məktəbə yola salmaq üçün geri döndü? Və fikir vermədi ki, əri aparırdı və bir söz demədi? Niyə gəldi? Pulu bitib? Çətin ki…”
Puqaçovanın Solovyova cavabı özünü çox gözlətməyib. Primadonna instaqram hesabında bunları yazıb: “Volodyaya yazığım gəlir. Belə axı qəzəb və kobudluqdan partlamaq da olar”.
Xatırladaq ki, Alla Puqaçova və Maksim Qalkin övladları ilə birlikdə Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə fonunda ölkədən getmişdi. Ailə bir müddət İsraildə yaşayıb, daha sonra Latviyaya köçmüşdü.
Müstəqil.Az