Ermənilər istəyirdi ki, rus əsgəri Qafqazda ölməyə getsin, Rusiya da Azərbaycana müharibə elan etsin. Eyni zamanda Ermənistan özü də “dqr”i tanıya bilmədi.
Müstəqil.Az xəbər verir ki, bunu rusiyalı aparıcı Vladimir Solovyov deyib.
“Rusiyanı satqınlıqda ittiham edən ermənilər nə istəyirdi? Kim satdı sizi? Biz gedib “arsax” uğrunda Azərbaycana qarşı döyüşüb ölməli idik? Ermənilərin satqınlığı hələ uzun müddət araşdırılacaq”, – Solovyov bildirib.
Solovyovun sözlərinə görə, indi Ermənistanda düşünürlər ki, Gümrüdəki Rusiya hərbi bazasına ehtiyacları yoxdur, deyirlər, əvəzində NATO bazası olsaydı, erməniləri xilas edərdilər.
“Siz ermənilər, Rusiyada nə edirsiniz? Rusiyanın pis olduğunu düşünənlərin hamısı. Əgər siz Ermənistandan ölkəmə gəlib ona çamur atırsınızsa, sizə bir sualım var: Siz burda nə edirsiniz?” – rusiyalı aparıcı deyib.
Müstəqil.Az