Rusiyalı məşhur teleaparıcı Vladimir Solovyov yenidən skandal çıxışı ilə gündəmə gəlib.
Axar.az xəbər verir ki, öz verilişində çıxışı zamanı ABŞ-ın Rusiya sərhədləri yaxınlığında bioloji bombalar yerləşdirdiyini bildirib. Bundan başqa teleaparıcının proqramında ABŞ-ın postsovet ölkələrinə təsiri də müzakirəyə çıxarılıb. Belə ki, veriliş zamanı Pentaqonun nəzarəti altında Ukrayna, Gürcüstan, Qazaxıstan, Azərbaycan, Ermənistan və Özbəkistanda ABŞ biolaboratiyalarının fəaliyyət göstərdiyi bildirilib.
Müzakirə zamanı İsrailin milli təhlükəsizliyə yaranan təhdidləri güc yoluyla aradan qaldırdığı təcrübəsindən bəhs edən Solovyov Rusiyanın bu laboratoriyaların harada yerləşdiyini bildiyini və buna görə də İsrailin metodundan yararlanmalı olduğunu deyib. Rusiya Dumasının deputatı Gennadi Onişenko isə cavabında zərbə endirməyin məsələnin həll variantı olmadığını bildirib.