Solovyovlar silinəndə, Krım da azad olacaq – Qordon

Solovyovlar silinəndə, Krım da azad olacaq – Qordon

İndiki Rusiya hakimiyyəti təbliğat maşını ilə birlikdə çökdükdən sonra Ukraynanın Krımı geri qaytarmaq şansı yaranacaq.

Müstəqil.Az xəbər verir ki, bunu ukraynalı məşhur jurnalist Dmitri Qordon deyib.

“Bilirsiniz, Krımı nədən sonra qaytarmaq olar? Rusiyanın mərkəzi telekanallarından Solovyov, Skabayeva, Popov və başqalarının yığışdırılmasından sonra. Rusiya telekanallarının efirində müxalif siyasətçi və jurnalistlər görünməyə başlayanda ruslar maariflənəcək və fikirləri tez bir zamanda istiqamətlənəcək. Ruslara Putinin cinayətkar rejiminin mahiyyətinin nədən ibarət olduğu, Rusiya ilə Ukrayna arasında nə baş verdiyi izah ediləcək”, – Qordon bildirib.

O, əminliklə bildirib ki, Rusiya ictimaiyyəti Krımın Ukraynaya tez bir zamanda qaytarılmasına razılaşacaq:
“Fikri bir neçə aya dəyişmək olar, buna əminəm”.

Anar ƏHMƏDOV

Share: