Şolts: “Çətin ki, Putin güzəştə getsin”

Şolts: “Çətin ki, Putin güzəştə getsin”

Almaniya Kansleri Olaf Şolts bundan sonra da Rusiya lideri Vladimir Putinlə dialoqu davam etdirməyi planlaşdırır.

Onun sözlərinə görə, Putin Ukraynaya qarşı müharibədə çətin ki, güzəştlərə getsin: “O, hərbi əməliyyatları davam etdirmək niyyətindədir”.

“Hər dəfə Putinlə danışanda o, aydın şəkildə ehyam vurur ki, söhbət istilalardan gedir… O, Ukrayna ərazisinin bir hissəsini güc yolu ilə geri almaq istəyir” , – deyə Şolts vurğulayıb.

Kansler əlavə edib ki, Rusiya ordusunun sıralarındakı itkilər fonunda RF Prezidentinin bu mövqeyi qəribə görünür: “Biz dəqiq nə qədər rusiyalı hərbi qulluqçunun həlak olduğunu bilmirik. Ola bilsin 100 min”.

Mənbə: “RBK-Ukraina”

Share: