Şolts Putinlə 2022-ci ilin dekabrından danışmadığını deyib

Şolts Putinlə 2022-ci ilin dekabrından danışmadığını deyib

Şolts Putinlə 2022-ci ilin dekabrından danışmadığını deyib

Almaniya Kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinlə 2022-ci ilin dekabrından danışmadığını deyib.

xəbər verir ki, bu barədə Almaniya Kansleri MAZ-a müsahibəsində bildirib.

“Son telefon danışığımız 2022-ci ilin dekabrında olub – ondan əvvəl biz bir-birimizlə daha tez-tez danışırdıq. Müharibədən bir neçə gün əvvəl bizim Moskvada şəxsən uzun söhbətimiz oldu. Koronavirusdan narahat olduğu üçün onunla oturmalı olduğum uzun masanı xatırlayırsınızmı? Biz dörd saatdan çox müzakirə aparmışdıq”, Şolts 2022-ci ilin fevralında Putinlə görüşü xatırladıb.

Olaf Şolts genişmiqyaslı müharibənin başlamasından sonra Rusiya və Ukraynanın danışıqlar aparmağa çalışdığını, lakin Moskvanın bunda ciddi olmadığını deyib: “Məsələn, müharibə başlayandan dərhal sonra Rusiya və Ukrayna bir-biri ilə birbaşa danışıqlar apardılar. Danışıqlar o vaxt uğursuzluğa düçar oldu, çünki Rusiya danışıqlardan yalnız böyük bir hücum üçün bəhanə kimi istifadə etdi. Sonra Buça və İrpin qətliamları üzə çıxdı – Rusiya silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi inanılmaz insan haqqları cinayətləri. Bu, danışıqları bütün əsaslardan məhrum etdi. Bir müddət sonra taxıl müqaviləsi uğurla müzakirə olundu. Təəssüf ki, Putin müəyyən məqamda onu da ləğv etdi. Zaporojye AES-də təhlükəsizlik və ya əsirlərin mübadiləsi ilə bağlı müzakirələr də olub”, Almaniya Kansleri qeyd edib.

Şolts deyib ki, hazırda Ukrayna da daxil olmaqla bir sıra ölkələr təhlükəsizlik üzrə müşavirlər səviyyəsində sülh prosesinə gətirib çıxara biləcək ssenariləri müzakirə edirlər. “Ancaq bir şeyi çox açıq deyim: sülh istənilən vaxt mümkündür. Putin sadəcə olaraq barbar kampaniyasını dayandırmalı və qoşunları geri çəkməlidir”, Kansler Şolts vurğulayıb.

Share: