Somalidə bombalı hücum — Ölən və yaralananlar var

Somalidə bombalı hücum — Ölən və yaralananlar var

Somalinin cənub-qərbindəki Baidoa şəhərində bombalı hücum hadisəsi baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində çox sayda ölən və yaralananların olduğu bildirilib.

Həlak olanlar arasında cənub-qərb əyalətinin ədliyyə naziri İbrahim Luqbur da olub.


Share: