Somalidə prezident sarayının yaxınlığındakı hotelə hücum edilib

Somalidə prezident sarayının yaxınlığındakı hotelə hücum edilib

Somalidə prezident sarayının yaxınlığındakı hotelə hücum edilib

Somalinin paytaxtı Moqadişoda “Əş-Şəbab” radikal islamçı qruplaşmasının silahlıları prezident sarayının yaxınlığındakı hotelə hücum ediblər.

xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə nəticəsində Somali Ədliyyə Nazirliyinin Baş direktoru, Nazirlər Kabinetinin nümayəndəsi və bir neçə parlament üzvü yaralanıb.

Məlumata görə, silahlılar hotelin yaxınlığında avtomobili partladıb, daha sonra bina daxilində atışma başlayıb.

Hücum zamanı Moqadişo polis bölməsinin rəisi və əsgərlərin də yaralandığı qeyd edilir.

Share: